İqtisadiyyat

Razı qaldılar...

9 Aprel 2015 19:45
Baxış: 624
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan korrupsiyaya qarşı yetərincə uğurlu mübarizə aparır

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) rəsmi saytında yerləşdirilən analitik icmalda bildirilir.

Biznes mühitinin araşdırıldığı "Business Environment and Enterprise Performance Survey" (BEEPS) icmalında Azərbaycanın korrupsiyaya qarşı fəaliyyəti, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, eləcə də bu sahədə yeni qanunvericiliyə toxunulub.

Sənəddə Azərbaycanın bu sahədə əldə etdiyi uğurların İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən də qeyd olunduğu vurğulanıb.

AYİB-in araşdırmasında ölkəmizdə biznes mühitinin inkişafına əsas maneə kimi iqtisadiyyatın kölgə sektorunun mövcudluğu, maliyyə və torpaq əldə etməklə bağlı problemlər göstərilib.

Qeyd olunub ki, çox az şirkət öz əməliyyatlarında kreditə arxalanır: "Azərbaycanda şirkətlərin cəmi 14,6 faizində kredit və kredit xətti olub. IV BEEPS (2008-2009) hesabatında bu göstərici 19,9 faiz idi. Şirkətlərin dövriyyə kapitalı əksər hallarda öz kapitallarına əsaslanır (92,8 faiz). Bank maliyyələşməsindən şirkətlərin cəmi 4,7 faizi istifadə edib".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.