Bakı-Tbilisi-Qars zaman keçdikcə dəyərini artırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan və Gürcüstandan keçən hissəsi artıq istismara hazırdır. Bu sözləri Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bəyan edib. "Gürcüstan və Azərbaycan layihə üzrə öz üzərilərinə düşən bütün öhdəlikləri yerinə yetiriblər" - deyən baş nazir əlavə edib ki, onda olan xəbərə görə, dəmiryolu xəttinin Türkiyə hissəsindən keçən hissəsi də sona çatmaq üzrədir.Layihənin Azərbaycan və Gürcüstandan keçən hissəsi artıq istismara hazırdır
Qərb və Rusiya mətbuatı yazır ki, Azərbaycanın müəllifi olduğu daha bir layihə başa çatır. Bir çox ekspertlərin qənaətincə, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası strateji əhəmiyyət kəsb edir. Bu, nəinki üç ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirir, həmçinin onları Asiya ilə Avropa arasında körpüyə çevirir. Bu layihə ilə Londondan Pekinə 12 gün ərzində yüklərin və sərnişinlərin fasiləsiz daşınmasını təmin etmək mümkün olacaq. Cənub nəqliyyat dəhlizinin bir qolu olan bu xəttin yükburaxma qabilliyyəti pik həddə - il ərzində 17 mln. ton nəzərdə tutulub. İlkin mərhələdə bu göstəricinin 1 mln. sərnişin və 6,5 mln. ton yük həddində olması nəzərdə tutulub.
Qeyd etmək gərəkdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin reallaşmasına Azərbaycan böyük önəm verir. Ölkəmizdəki yerli ekspertlər Rusiya nəşrlərinə bildiriblər ki, BTQ dəmir yolu xətti bu gün özündə bütöv bir brendi formalaşdırır. Məsələn, dəmir yolu xətti ilə yüklərin daşınması üçün Bakı ətrafında, daha dəqiq desək, Ələt qəsəbəsi yaxınlığında yeni beynəlxalq yük limanı inşa ediləcək. Bu liman il ərzində 11,6 mln. yükün daşınmasını həyata keçirməyə imkan verəcək.
Məlumat üçün bildirək ki, dəmir yolu xətti üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanan dövlətlərarası saziş əsasında inşa edilir. Layihənin maliyyələşməsi işlərini ölkə prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Dövlət Neft Fondu həyata keçirir. Layihə çərçivəsində dəmiryolu xəttinin 105 m-lik əlavə yeni xətti də inşa edilib. Bundan əlavə, Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolu da inşa edilib. Bu da onun yükartırma qabiliyyətini ilə ərzində 15 mln. tona yüksəldə biləcək. Axalkalakidə yüklərin Gürcüstan ərazisindən Avropaya daşınması üçün məntəqə də inşa edilib. Yanvarın sonlarında isə marşrutun gürcü hissəsində Axalkalaki-Karçaxi xətti testdən keçirilib. Bu da Bakı və Tbilisinin ekspertlərinə artır Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin bu ilin ikinci yarısında istifadəyə veriləcəyini bəyan etmələrinə imkan verib. Bu yaxınlarda Türkiyənin nəqliyyat və kommunikasiya, gəmiçilik və kommunikasiya naziri Lütfi Əlvan da bunu təsdiqləyib. O bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyədən keçən hissəsində hər hansı bir ləngimələr nəzərə çarpmır.
Lütfi Əlvan BTQ dəmir yolunun tarixi İpək Yolunun canlandırılmasında önəmindən də danışıb. Qeyd edib ki, Türkiyə sərhədləri daxilində 700 milyon dollarlıq sərmayə ilə 79 kilometrlik yeni dəmir yolunun inşası nəzərdə tutulmuşdu. Hazırda onun 83 faizi tamamlanıb:"Bu dəmir yolu xətti sadəcə nəqliyyat layihəsi deyil, xalqları, ölkələri bir-birinə birləşdirən körpüdür. Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarının da gələcəkdə bu layihəyə qoşulması ilə Mərkəzi Asiya-Avropa dəmir yolu bağlantısı yaranacaq".
BTQ dəmir yolu xətti Mərkəzi Asiyanın Xəzər üzərindən Türkiyəyə bağlanmasını, Avropa-Mərkəzi Asiya arasında daha qısa, daha təhlükəsiz və ətraf mühitə daha həssas bir yol üzərindən daşımaları təmin etmiş olacaq. Eyni zamanda, mövcud Şərq-Qərb marşrutlarına alternativ yeni bir xətt formalaşacaq. Maraqlısı odur ki, rəsmi Bakının nəzərdə tutduğu kimi, bu gün layihəyə Mərkəzi Asiya və Uzaq Şərq ölkələri də maraq göstərməyə başlayıblar. Türkmənistan, Qazaxıstan, Özbəkistanı və Əfqanıstanın ardınca dəmir yolu ilə yüklərinin daşınmasında Tacikistan da maraqlı olduğunu açıqlayıb. Bunu Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov bəyan edib. "Biz Azərbaycanın tranzit imkanlarından yararlanmağa çalışırıq. Ən əsası, Bakının iri nəqliyyat limanları mövcuddur. Türkmənistanda Türkmənbaşı limanı da yaxşı limandır. Bu bizim üçün çox əlverişli marşrutdur" -deyə səfir vurğulayıb. O, xatırladıb ki, bu məsələ iki ölkənin liderləri arasında ən yüksək səviyyədə müzakirə olunub. Diplomatın sözlərinə görə, Tacikistan bu gün Azərbaycan ərazisindən il ərzində 1 milyon ton yük daşıyır. Bu, ilk növbədə tacik zavodlarında istehsal olunan qlinoz və alüminiumdur. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı Tacikistana yüklərin daşınmasını daha tez və komfortlu etməyə imkan verəcək.
Ən son məlumatlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə ABŞ-ın hərbi xarakterli yükləri də daşına bilər. Bu barədə Rusiya qaynaqları məlumat yayıb. Həmin qaynaqlar hesab edir ki, amerikalı hərbçilər tərəfindən öz hərbi əmlaklarını (döyüş texnikası, silahlar, ləvazimat və təchizat vasitələri) Əfqanıstandan çıxarmaq üçün hazırladıqları "Qafqaz dəhlizi" buna yardımçı olacaq. "Yüklər üçün "Qafqaz dəhlizi" Əfqanıstanın Herat məntəqəsindən başlayır, Kuşka və Marıdan (Türkmənistan) keçir, dəmiryolu ilə Türkmənbaşına çatır, Xəzərdən bərə vasitəsilə Bakıya, daha sonra da dəmiryolu ilə Batumiyə və ya Türkiyəyə çatır".
Kaspi.az
DİGƏR XƏBƏRLƏR
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
XƏBƏR LENTİ
-
İsrailə köçən Tofiq Mirzəyev xəstəxanaya yerləşdirildi - Son vəziyyət
-
Murat Ekrem kobud səhvlərinə görə işdən çıxarıldı
-
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
-
Bakıda qadın kişini küçədə döydü - Polis işə qarışdı - VİDEO
-
Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb
-
Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilib - FOTO
-
"Sabah"ın ÇL-də rəqibi bəlli oldu - YENİLƏNİB
-
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
-
TRT 1-in canlı efirində böyük səhv: Şərhçi Dünya Kubokunun matçında komandaları səhv saldı
-
Nizami rayonunda polisdən əməliyyat: Narkotik satan dəstənin üzvləri yaxalandı
-
Fransanın Azərbaycana qarşı hibrid təhdidlərinə dair parlament komissiyasının rəsmi bəyanatı
-
"Moskvada Putinlə görüşə getməyəcəm" - Zelenski
-
İyunun 19-da parlamentdə 2025-ci ilin dövlət büdcəsinin icrası müzakirə ediləcək
-
DİM peşə tanınması imtahanı keçirdi: 145 nəfərdən cəmi 16-sı keçid balını topladı
-
Aysel: "4 gün ağrıkəsicilər içdim, çox ağrılı keçirdim"
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA





