Şahin Mustafayev: "SOCAR 2023-cü ildə Türkiyədə ən böyük investor olacaq" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, mərasimdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Azərbaycanın energetika naziri Natiq Əliyev, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, İzmir valisi Mustafa Toprak, İzmir Büyükşehir bələdiyyə başqanı müavini Sırrı Aydoğan, "SOCAR Türkiyə" şirkətinin rəhbəri Kənan Yavuz, "Petkim" rəhbərliyinin nümyəndələri iştirak ediblər.
"Petkim"in 50 illik fəaliyyətini əks etdirən videomaterialın nümayişindən sonra giriş nitqi söyləyən şirkətin icraçı direktoru Sadəddin Qorqud uzun illər möhtəşəm layihələrə imza atmış "Petkim"in SOCAR ilə birlikdə yeni bir yola qədəm qoyduğunu qeyd edib, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin sənaye sahəsində bariz nümunəsi olmalarından qürur duyduqlarını bildirib.
Tədbirdə SOCAR-ın fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev Azərbaycan və Türkiyə əməkdaşlığının dərin köklərə malik olduğunu bildirib, ulu öndər Heydər Əliyevin "Bir millət-iki dövlət" idealının hər iki ölkədə geniş yayıldığını söyləyib. Hazırda Azərbaycanın Türkiyədə ən böyük investorlardan biri olduğunu qeyd edən nazir SOCAR-ın 2023-cü ildə bu sahədə birinci olacağını, 2008-2018-ci illər ərzində Petkim yarımadasına qoyulacaq sərmayələrin 10 milyard dolları aşacağını və bu yatırımların hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Azərbaycanın energetika naziri Natiq Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyasının dünya enerji təhlükəsizliyinin təminatında mühüm yer tutduğunu, bu baxımdan Azərbaycan-Türkiyə əməkdaşlığının iqtisadi və siyasi cəhətdən böyük məna kəsb etdiyini deyib.
SOCAR-ın prezidenti R.Abdullayev "Petkim" əməkdaşlarını holdinqin yaradılmasının 50 illiyi münasibətilə təbrik edib, uğurlar arzulayıb. O, holdinqin son illərdəki fəaliyyətindən və əldə etdiyi istehsalat nailiyyətlərindən razı qaldığını bildirib, bir qrup qabaqcıl əməkdaşa mükafatlar təqdim edib.
Türkiyə Petrol İş Sendikasının rəhbəri Mustafa Öztaşkın və İzmir valisi M.Toprak SOCAR-ın "Petkim"ə yeni nəfəs verdiyini, inşası davam etdirilən STAR neft emalı zavodunun, yaxın zamanlarda istifadəyə veriləcək konteyner limanının təkcə İzmir vilayətinin deyil, bütün Türkiyə iqtisadiyyatına mühüm töhfələr verəcəyini söyləyiblər.
Tədbirdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Ş.Mustafayevə, Azərbaycanın energetika naziri N.Əliyevə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Ş.Mövsümova, İzmir Büyükşehir bələdiyyə başqanı müavini S.Aydoğana və İzmir valisi M.Topraka təşəkkür plaketləri təqdim olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.





DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi





