Bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla, 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək
Yanvarın 9-da Vergilər Nazirliyinin və ölkədə fəaliyyət göstərən bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, vergilər nazirinin birinci müavini Natiq Əmirov banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərə gəlir vergisi üzrə güzəştlərin başa çatması və Milli Məclis tərəfindən qəbul edilmiş "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunla əlaqədar bu gəlirlərin vergiyə cəlb edilməsindəki dəyişikliklər barədə bilgi verib.
Vergilər Nazirliyi və Mərkəzi Bank arasında aparılmış məsləhətləşmələrin nəticəsi olaraq bildirilib ki, bank əmanətləri üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi müvafiq güzəşt edilən məbləğ (illik 500 manat) nəzərə alınmaqla, 2015-ci ilin yanvarın 1-dən sonra hesablanmış faizlərə tətbiq ediləcək. N. Əmirov bunun balanslaşdırılmış qərar olduğunu bildirərək, bununla, bank ictimaiyyətinin üzləşdiyi mühüm narahatlığın aradan qaldırıldığını diqqətə çatdırıb.
Toplantıda iştirak edən Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bank ictimaiyyətinin mövqeyinin nəzərə alınmasını müsbət dəyərləndirərək, bu qərarın ədalətli olduğunu qeyd edib. R. Orucov qəbul edilmiş qərarlar və əmanətlərin vergiyə cəlb edilməsi ilə əlaqədar məsələlərlə bağlı müştərilərin məlumatlandırılmasının zəruriliyini vurğulayıb.
Qeyd edək ki, toplantıda bank əmanətlərinin vergiyə cəlb edilməsində yaranan müxtəlif məsələlərlə bağlı bankların səlahiyyətli nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.
Milli.Az
İqtisadiyyat
Vergilər Nazirliyi və bankların rəhbər vəzifəli şəxslərinin iştirakı ilə iclas keçirildi
10 Yanvar 2015 12:07
0 Şərh
Baxış: 1 244
DİGƏR XƏBƏRLƏR
- KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir - FOTO
- Türkiyədə suyun qiyməti artırıldı
- Xankəndi-Laçın yolunun inşasının yekunlaşacağı tarix açıqlandı
- Neftimiz ucuzlaşdı
- Azərbaycanda bu məhsul BAHALAŞA bilər
- Saatlıq əməkhaqqı tətbiq olunarsa, maaşlar artırılacaq? - Ekspert AÇIQLADI
XƏBƏR LENTİ
- Atəşkəs olsaydı, HƏMAS bunu edəcəkdi - Fidan
- Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab
- "Ağ çiçəyim" gül mağazasındakı yanğınla bağlı avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu - FOTO
- Günün qoroskopu: Süst və tənbəl olmayın
- HƏMAS-dan İsrailə Rəfahla bağlı xəbərdarlıq...
- 4 güləşçimiz finalda
- Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əlaqələr müzakirə edilib
- Bakıda məşhur gül mağazası yanır - FOTO
- Məhkəmədən İmran Xanla bağlı qərar
- Azərbaycanla Ermənistan arasında Qazaxın 4 kəndi ilə bağlı protokol imzalandı
- Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
- "Kuruluş Osman" izləyicilərinə pis xəbər
- “Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
- Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
- "Gəlinim əziyyət çəkməyəcək, qulluğunda duracağam"
- Rusiyameyilli Fitsoya sui-qəsdi kim təşkil edib?
- Bu gün güllələnən baş nazirin maraqlı həyatı…
- Yaponların “sarı qızıl” adlandırdıqları toxum – Faydaları saymaqla bitmir
- Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
- Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ
- Kişi 10 il həyat yoldaşından dəhşətli sirri gizlətdi
- Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib
- Məşhur bəstəkarın səhhəti pisləşib: "Güclə danışıram"
- Tiflisdə etiraz aksiyası genişlənir: yürüş keçirilir...