Yeni ilin gəlməsinə sayılı günlər qalmış Azərbaycan insanı üçün də bu sual aktualdır: Bayramı harada, necə keçirməli? Böyük əksəriyyət üçün mənzilində, kasıbyana süfrə başında keçirilən bayram əvəzedilməzdirsə, əyləncə sevənlər üçün seçimlər hər zaman var. Turizm şirkətləri, restoranlar artıq insanlara xeyli ilginc seçimlər təqdim ediblər.Bakı restoranları da, ölkənin bölgələri də "alışıb-yanır"
Bayramı ölkədə, ya ölkə xaricində keçirməli? İlk sual budur. Dekabr ayının əvvəlindən etibarən turizm şirkətlərinin təqdim etdiyi Yeni il paketləri internetdə bol-bol reklam edilir. Çünki Yeni ili xaricdə keçirməyi planlaşdıranlar biletlərini hələ 2-3 ay öncədən sifariş edirlər. Onlar Yeni ili məhz ölkədən xaricdə keçirməyi arzulayanlardır.
Mədəniyyət və Turizm Nazirliyindən əldə etdiyimiz məlumata görə, bu il xaricdə Yeni ili qeyd etmək istəyənlər daha çox Türkiyə, Gürcüstan və Rusiyanı seçirlər. Finlandiya, Yaponiya, ABŞ, İtaliya, Fransa və bəzi Şərq ölkələrini seçənlər də az deyil. Şərq ölkələrinin (özəlliklə də, Yaponiya, Hindistan, Çin, Koreya) ekzotik və cəlbedici olduğunu düşünən səyahətçilərin fikrincə, bu ölkələrdə yeni il daha da maraqlı keçir.
Dünyada Yeni il şənliyinin ən möhtəşəm keçirildiyi şəhərlərdən biri Moskvadır. Rusiyanın başqa şəhərlərində də Yeni il şənlikləri gözəl təşkil olunur. Dünyanın hər yerindən bura turistlər Yeni ili qeyd etməyə gəlir. Azərbaycandan da bu ölkəyə yeni ili qarşılamaq üçün gedənlər az deyil.
Dünyada Yeni il turları - ilginc qiymətlər, fərqli təkliflər
İndi isə sizə swtravel.az saytının təqdim etdiyi yeni il turları barədə qısaca məlumat verək.
Yeni il Praqada keçirmək istəyənlər üçün tur paketin qiyməti 1232 manatdır. Tarix: 29.12.2014 - 05.01.2015
Turun müddəti: 7 gecə/8 gün.
Tur qiymətinə daxildir:
AZAL ilə avia uçuş 29.12.2014 J2 109 (09:25 - 10:55)/05.01.2015 J2 110 (12:40 - 19:50);
Qrup transferi (aeroport-otel-aeroport)
Oteldə yerləşmə və gecələmə, səhər yeməyi;
Vizanın rəsmləşdirilməsi;
Tibbi siğorta;
Yeni il üçün çox uzağa getmək istəməyənlər isə Tiflisə baş çəkə bilər. Bu tur paketin qiyməti isə 473 manatdır.
31/12/14 - 03/01/15
3 gecə / 4 gün, aviauçuş daxildir.
Tur qiymətinə daxildir;
AZAL ilə avia uçuş;
4* "İliani" otelində yerləşmə və gecələmə, səhər yeməyi.
Bir az ekzotik ölkələrə getmək istəyənlər üçün də seçim var. Onlardan biri yeni ili Sinqapur Malaziyada keçirmə şansıdır. Bu tur paketin məbləği 1779 manatdır.
29.12.2014-05.01.2015
6 gecə / 7 gün aviauçuş daxildir.
Tur qiymətinə daxildir.
Şəhərin mərkəzində yerləşən 5 * Kuala Lumpur-Renaissance otelində yerləşmə - 3 gecə;
Sinqapurda şəhərin mərkəzində yerləşən 4* oteldə yerləşmə - 3 gecə;
"Qatar Airways" Hava Yolları ilə Doha üzərindən uçuş;
Sinqapura viza;
Hava Limanına və avtovağzala çatdırılma;
Komfortlu avtobusla Sinqapurdan Kuala Lumpura çatdırılma;
Hər bir şəhərdə ekskursiya;
Tibbi siğorta.
Yeni ili Parisdə qeyd etmə şansını da yaddan çıxarmayaq. Fransanın paytaxtında bayramı keçirmək üçün 1247 manat tələb olunur.
Tarix: 28.12.2014 - 04.01.2015/ 30.12.2014 - 04.01.2015
Turun müddəti: 7 gecə/8 gün/ 5 gecə/6 gün;
Tur qiymətinə daxildir;
AZAL ilə aviauçuş 28.12.2014 və 30.12.2014 J2 073 (07:35 - 10:05)/04.01.2015 J2 074 (11:25 - 19:35);
Qrup transferi (hava limanı-otel-hava limanı);
Oteldə yerləşmə və gecələmə, səhər yeməyi;
Avtobusla Parisdə ekskursiya, Fraqonar parfümeriya muzeyinə səyahət;
Parisin tarixi mərkəzində gəzinti;
Monmartrda gəzinti;
Tibbi siğorta;
Cenevrədə yeni il şansını da unutmayaq. Bu tur paket də 800 manat məbləğindədir. Paketə daxildir:
30.12.2014 - 02.01.2015, 3 gecə / 4 gün;
Yeni ili Romada keçirmək üçünsə 449 manat ödəmək lazımdır.
Turun müddəti: 30.12.2014 - 03.01.2015, 4 gecə / 5 gün;
Tur qiymətinə daxildir;
4 gecə/ 5 gün oteldə yerləşmə (Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır);
Səhər yeməyi;
Transfer (hava limanı - otel - hava limanı);
sığorta.
Milad Bayramı Nyu-Yorkda - Qiymət: 605 AZN;
Tur qiymətinə daxildir;
5 gecə/ 6 gün oteldə yerləşmə (Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır);
Səhər yeməyi;
Şəhər daxili gəzinti ekskursiyası;
Transfer (hava limanı - otel - hava limanı);
sığorta;
Qiymətə aviauçuş daxil deyil.
Yeni ili Nyu-Yorkda 830 manata da keçirmək olar.
30.12.2014 - 03.01.2015, 4 gecə / 5 gün;
Yeni ili Barselonada qarşılamaq üçün 790 manat məbləğində "tərləmək" lazımdır. Tur 30.12.2014 - 04.01.2015 tarixləri əhatə edir.
Tur qiymətinə daxildir;
5 gecə/ 6 gün oteldə yerləşmə (Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır);
Səhər yeməyi;
Şəhər daxili gəzinti ekskursiyası;
Transfer (hava limanı - otel - hava limanı);
Sığorta;
Ən ilginc turlar isə Dubayadır. Burda istirahət 337 manatdır..
5 gecə / 6 günlük turlar;
(Qiymətlər 2 nəfərlik otaqda 1 nəfər üçün hesablanmışdır.)
Royalton 2* - 337 AZN
Emırates Grand hotel 4* - 432 AZN
Landmark Hotel 3* - 450 AZN
Metropolıtan Deıra 4* - 521 AZN
Movenpıck Hotel Jumeırah 5* - 804 AZN
Rıxos the palm 5* - 772 AZN
Tur qiymətinə daxildir
Bakı-Dubay-Bakı istiqamətində birbaşa aviauçuş (FLYDUBAI),
Qeyd edilmiş otellərdə qalma,
Transfer,
Sığorta,
Şamaxı və Şahdağ Avropa ilə "yarışır"
Hesab edək ki, vətənpərvərlik damarınız tutub və heç bir xarici ölkəyə getmədən, yeni ili öz vətəninizdə keçirmək istəyirsiz. Qiymətlərə baxaq. Yenə eyni şirkətin saytındakı qiymətlərə nəzər salaq:
"SW Travel" şirkəti aizləri Azərbaycanın qədim şəhərlərin birində, Şamaxıda Yeni 2015ci ili qeyd etməyi təklif edir. Şamaxı Rixos otelində yeni il keçirmək.... 600 AZN-dən başlayan qiymətlərlə mümkündür. Turun detallarına diqqət.
30.12.2014 - 02.01.2015,
3 gecə/4 gün,
*Qiymət iki nəfərlik otaqda bir adam üçün hesablanmışdır,
Tur qiymətinə daxildir,
Otaqda gecələmə 2 nəfər böyük və 6 yaşdan aşağı 2 uşaq,
İki dəfə yemək (səhər və axşam yeməyi),
31 gecəsi Yeni il ziyafəti, xüsusi Yeni il menyusu,
31 gecəsi türk müğənnisi Gokçenin konserti,
01 yanvar türk müğənnisi Gülşənin konserti,
Uşaqlar üçün əyləncə dolu proqramlar,
Otaqlarda internet və s.
Şahdağda da vəziyyət təxminən eynidir. Qiymət 668 manatdır.
Tur qiymətinə daxildir:
Otaqda gecələmə,
Səhər yeməyi,
"Pik Palace" otelində Yeni İl ziyafəti,
Limitsiz içkilər və möhtəşəm şam yeməyi,
Əvəzsiz caz musiqisi,
Gecə yarısı DJ parti.
Bakı restoranları "alışıb-yanır"
Xüsusi şərhə ehtiyac qalmadan qiymətlər insana hər şeyi deyir. Amma yeni ili cəmi bir gün, tutaq ki, ölkədəki restoranlardan birində keçirmək istəyənlər üçün də seçimlər var. Məsələn, "Oazis" restoranında da 31 dekabrda səhərədək şənlik, şou-proqram olacaq. Burada bir nəfərlik qiymətlər 100-150 manatdır. "Sərin" restoranında Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd etməyin qiymətləri əyləşdiyiniz yerdən asılı olaraq dəyişir. Bir nəfərlik masalar 150-250 manatdır. Bayramın şou proqramına 27 nəfər daxildir.
"Yeganə" şadlıq evində isə Türkiyə və Rusiyadan gələn musiqi qrupları oxuyacaq. Burada bir nəfər üçün qiymətlər 200 manatdan başlayıb 400 manata qədər yüksəlir. "Gilavar" restoranında bayramı qeyd etmək bir nəfər üçün 100 manatdır.
"Baku Jazz Center"də Yeni il şənliyinə biletlərin qiymət 75-150 manat arasında dəyişir. Mərkəzin təqdim etdiyi məbləğdən asılı olaraq, şənlikdə iştirak edənlərə meyvə və şərablar, soyuq və isti menyu, spirtli içkilər təklif olunur. Caz mərkəzində uşaqlar üçün nəzərdə tutulan şənliyin bileti isə 35 manat təşkil edir.
"Fairmont Baku" otelində Yeni il bayramına qiymətlər 70-150 manat, "Af Hotel"də 100 manata təklif olunur. Burada məbləğə bir neçə növ yemək çeşidləri, içkilər və konsert proqramı, şoular, müsabiqələr daxildir.
Yeni il şənlikləri sırasında qiyməti ilə ən çox seçilən "Hilton" oteli oldu. Belə ki, oteldə 31 dekabr üçün "Sirli maskarad bal" adlı proqramın keçiriləcəyi nəzərdə tutulur. Şənliyə bir ədəd delüks biletin qiyməti 300 manat, bir ədəd VIP bilet isə 1000 manat təşkil edir. Min manatlıq bilet alan şəxs rahat divanda, şəxsi mühafizəçi və ofisiantın xidmətindən istifadə edərək şam yeməyi yeyə biləcək. Bu məbləğə həmçinin Yeni il gecəsində oteldə qalmaq və məhdudiyyətsiz yemək və içkilər təqdim edilir.
"Yeni Müsavat"