1 noyabr tarixindən mobil cihazların qeydiyyat sistemi təkmilləşdirilərək vətəndaşlara daha rahat formatda və daha az vaxt ayırmaqla ölkəyə idxal etdikləri mobil telefonları, smartfonları, planşetləri və digər mobil qurğuları qeydiyyatdan keçirmək imkanı yaranmışdır.
Artıq göstərilən müddətdən başlayaraq ölkəyə idxal olunan mobil qurğular 24 saat müddətində qeydiyyatdan keçir. Bununla yanaşı tətbiq olunan yeni sistem istifadəçilərin vaxt sərfini də minimuma endirəcək. Belə ki, poçt şöbəsində artıq mobil qurğunun qeydiyyatı üçün ərizə şəxsiyyət vəsiqəsində olan fərdi məlumatlar elektron formatda oxunaraq avtomatik hazırlanır və ümumi olaraq vətəndaşın 2-3 dəqiqə vaxtını alır. Əvvəl isə ərizə əllə doldurulurdu və bu da vətəndaşıların 10-15 dəqiqə vaxtını alırdı.
Yeni informasiya sisteminin tətbiqi nəticəsində artıq vətəndaşlar mobil telefonlarının IMEI kodunun qeydiyatı haqqında SMS bildirişini faktiki olaraq qeydiyyatdan bir neçə dəqiqə sonra ala biləcək. Müstəsna hallarda bu proses maksimum 24 saat çəkə bilər.
Yeniliklərdən biri də IMEI kodun qeydiyyatının onlayn rejimdə həyata keçirilmə imkanıdır. E-gov.az portalı vasitəsilə hər bir vətəndaş internet vasitəsiə öz mobil qurğusunu qeydiyyatdan keçirə bilər. Bu vətəndaşların vaxtına qənaət edəcək. Yeni tətbiq edilən ödəniş də elektron formatda bank kartı vasitəsilə mümkündür.
1 noyabrdan başlayaraq IMEI kodunun ödənişli qeydiyyatına gəlincə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələyə rəsmi olaraq aydınlıq gətirmişdir. Nazirlikdən aldığımız məlumata görə, ödənişin tətbiqi Azərbaycana pərakəndə idxal olunan mobil cihazlarının davamlı olaraq artması və sistemin dəstəklənməsi üçün maliyyə vəsaitinin tələb olunması ilə bağlıdır. Vətəndaşlara xidmətin səviyyəsinin yüksəldilməsi üçün yeni informasiya sisteminin tətbiqi də əlavə vəsait tələb etmişdir. "Rabitə sahəsində hər bir xidmət maliyyə tələb edir və IMEI kodların qeydiyyatından əldə edilən gəlir birbaşa olaraq bu xidmətin yüksək səviyyəsinin təmin olunmasına, sistemin istifadəsində məşğul işçilərin maaşlarının ödənilməsinə, telefon çağrı mərkəzinin fəaliyyətinə, proqram təminatının yenilənməsinə və gələcəkdə təkmilləşdirilməsinə sərf olunacaqdır", - deyə mənbə bildirdi.
Qeyd edək ki, Azərbaycanda 1 noyabrdan ölkəyə idxal edən zaman vətəndaşlar hər mobil cihaz üçün 5 manat ödəməli olacaqlar. IMEI kodların ödəniş sistemi bir çox ölkələrdə artıq uğurla tətbiq olunur. Məsələn, qonşu Türkiyədə hər IMEI kodun qeydiyyatı üçün 119 TL (təxminən 42,4 AZN) ödəniş tələb olunur. Türkiyə ilə müqayisədə Azərbaycanda məbləğin 8 (!) dəfə az olmasını xüsusi olaraq qeyd etmək lazımdır. Azərbaycanda məbləğin, həqiqətən, cüzi olması ödənişlərin sistemin iş prosesinin və bu sistemə xidmət edən mütəxəssislərin, operatorların məvaciblərinin ödənilməsinə sərf olunacağını təsdiqləyir.
Yeni sistemin tətbiqinin məhz vətəndaşların rahatlığı üçün edildiyi şübhəsizdir. Şəxsi istifadəsi üçün ölkəyə mobil cihaz idxal edən hər bir şəxs üçün təkmilləşdirilmiş sistem yalnız rahatlıq, vaxta qənaət deməkdir. Hətta ödənişin tətbiqi belə şəxsi istifadə üçün mobil cihaz idxal edən vətəndaşlar üçün cüzi məbləğdir. Çünki vergilər və gömrük rüsumları ödənilmədiyi üçün bu mobil cihazlar, rəsmi distribyutorlar tərəfindən rəsmi idxal olunan, bütün gömrük rüsumları və digər vergilər nəzərə alınmaqla ölkədə satılan analoqlardan daha ucuzdur. Bir dəfə ödənilən 5 manat qeyd etdiyimiz arqumentlər qarşısında cüzi məbləğdir. Müqayisə üçün biz hamımız internet-provayder xidmətindən istifadəyə başlayarkən 5-6 manat qeydiyyat ödənişi edirik. Bu, normal haldır və biz bunu artıq qəbul etmişik.
Yeni sistemlə bağlı mümkün narazlıqların əsas mənbəyi mobil qurğuları satış məqsədilə ölkəyə qeyri-rəsmi idxal edənlərin olacağını proqnozlaşdırmaq olar.
Bu istiqamətdə Azərbaycan sakinləri bir problemlə də qarşılaşa bilərlər. Qeyri-rəsmi yollarla ölkəyə idxal olunmuş mobil qurğular hətta mağazalarda satışa çıxarılarkən belə IMEI kod üzrə qeydiyyatdan keçməyə bilər. Hər bir istehlakçı bilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş "Mobil cihazların qeydiyyatının aparılması Qaydası"na əsasən, satış məntəqələrində əhaliyə təklif olunan mobil cihazların IMEI nömrələrinin qeydiyyatı həmin cihazları satanlar tərəfindən həyata keçirilməlidir. Buna görə də istənilən halda mobil cihaz alarkən IMEI kodun qeydiyyatını satıcılardan tələb edin.
www.Smartfon.az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xaricdən gətirilən mobil cihazların qeydiyyat sistemi asanlaşdırıldı
6 Noyabr 2014 09:45
Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Putinlə Pezeşkian nələri danışdı?
-
Millimiz Aktauya bu heyətlə gedir
-
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa ETDİ
-
Onlarda bayram tədbirləri ləğv edilir
-
Bu evlərə su VERİLMƏYƏCƏK - RƏSMİ
-
Bu vitamin Altsheymer xəstəliyi riskini azalda bilər
-
Trampdan Çinə sərt XƏBƏRDARLIQ
-
Məşhur aktyor dünyasını dəyişdi
-
Buraxılış imtahanı keçirildi - YENİLƏNİB
-
Boris Conson cəbhə xəttinə getdi
-
Daha bir nüvə ölkəsi müharibəyə hazırlaşır
-
General Türkiyədən 1 milyard dollar və ən gözəl qadını istədi
-
Azərbaycan gimnastikası zirvədə: Avropa Çempionatında böyük nailiyyətlər - VİDEO
-
DYP sürücülərə xəbərdarlıq ETDİ
-
Marketlərdən oğurluq edən 5 nəfər saxlanılıb
-
Ayın 13-də yağış intensivləşəcək, dolu düşəcək - FOTO
-
Yüksək maaşlı iş təklifi ilə dələduzluq edənlər tutuldu
-
Hörmüz boğazını keçmək istəyən iki tanker niyə geri dönüb?
-
Bu ərazidə torpaq sürüşməsi baş VERDİ
-
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi - VİDEO
-
Bu ərazidə qarın hündürlüyü 81 sm-dir - FAKTİKİ HAVA
-
Cem Adrian fanatlarına BƏD XƏBƏR - Prokurorluq qərar VERDİ
-
31 yaşlı kişini qətlə yetirən şəxs SAXLANILDI
-
Salyanda ağır yol QƏZASI - Ölən var





