Banklarda problemli kreditlər artır, kredit qoyuluşu isə azalır...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bank sentyabr ayı üzrə statistik məlumatları açıqlayıb. Yanvar-sentyabr aylarında bank sektoru üçün maraqlı tendensiyalar müşahidə edilib. Ekspert Samir Əliyevin sözlərinə görə, ciddi məqam problemli kreditlərin artmasıdır: "Problemli kreditlərin payı və həcmi artmaqda davam edib. Oktyabrın 1-i tarixinə vaxtı keçmiş kreditlərin həcmi rekord həddə - 973,2 milyon manata çatıb. Cari ilin 9 ayında belə kreditlərin həcmi 180,4 milyon manat və ya 22,8 faiz artıb. Problemli kreditlərin 79 faizi manatın payına düşüb. Uzunmüddətli kreditlərin xüsusi çəkisi isə 56 faizə yaxın olub. Ümumi kreditlərdə problemli kreditlərin payı 5,5 faiz təşkil edib".Samir Əliyev: "Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar maliyyə bazarına ciddi təsir etdi"
İkinci məqam isə kredit qoyuluşunun artım tempinin azalmasıdır. Belə ki, 2013-cü ilin 9 ayında kredit qoyuluşu 14 faiz artıb. Halbuki artım 2013-cü ilin 9 ayında 20,8 faiz, 2012-ci ilin müvafiq dövründə isə 15,5 faiz olub. S.Əliyevin sözlərinə görə, istehlak kreditləşməsi artmaqda davam edib: "İstehlak kreditlərinin payı ən yüksək həddə- 41,1 faizə yüksəlib. Belə kreditlər 9 ayda 16,7 faiz artıb. Həmçinin bankların aktivləri də azalıb. Oktyabrın 1-i tarixinə ölkə banklarının aktivləri əvvəlki ayla müqayisədə 41 milyon manat azalaraq 23,6 milyard manata düşüb. Azalmağa səbəb müxbir hesablardakı vəsaitlərin və investisiyaların azalmasıdır. Maliyyə sektoruna verilmiş kreditlər və depozitlərin azalması da aktivlərin azalmasını şərtləndirib".
Ekspertin sözlərinə görə, doqquz ayda əmanət qoyuluşu azalıb: "Artıq üçüncü aydır ki, əmanət qoyuluşunda azalma müşahidə edilir. Sentyabrda əmanət qoyuluşu 33 milyon manat azalaraq 6959,7 milyon manata düşüb. Azalma həm milli, həm də xarici valyuta üzrə baş verib. Uzunmüddətli əmanətlər 4,7 milyon manat artdığı halda qısamüddətli əmanətlər 37,9 milyon manat azalıb. Həmçinin, mənfəətlə işləyən bankların sayı artıb. Sentyabr ayında daha 2 bank mənfəət əldə edib və bununla onların sayı 38-ə yüksəlib. Zərərlə işləyən bankların sayı müvafiq olaraq 6-ya düşüb. Bankların xarici öhdəlikləri də getdikcə artır. Hazırda 4,6 milyard manata çatıb. REPO əməliyyatları cəlbediciliyini itirib. Mərkəzi Bankın 1 günlük REPO əməliyyatlarının faiz dərəcəsinin 1 faizdən 0,1 faizə azaldılması kommersiya banklarının bu alətə marağını azaldıb. Son 5 ayda REPO üzrə hansısa əməliyyat aparılmayıb. Halbuki faiz dərəcəsi 1 faiz olanda əməliyyatın həcmi 1-1,5 milyard manat təşkil edirdi. Bankların aktivləri və kapitalları üzrə gəlirliliyi də azalıb. Aktivlər üzrə gəlirlilik (ROA) 2,04 faizdən 1,92 faizə, kapital üzrə gəlirlilik (ROE) 14,15 faizdən 13,29 faizə düşüb.
S.Əliyev qeyd edib ki, 2014-cü il ölkə bankları üçün heç də uğurlu olmadı: "Mərkəzi Bankın ilin əvvəlində atdığı addımlar, o cümlədən və Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlər üzrə faiz dərəcəsini azaltması maliyyə bazarına təsirsiz ötüşmədi. İstehlak kreditləşməsinin artımını məhdudlaşdırmağa yönəlik tədbirlər ciddi nəticələr vermədi. İstehlak kreditlərinin payı artmaqda davam etdi. Əksinə, ölkə üzrə kredit qoyuluşu zəifləməyə başladı. Problemli kreditlərin payı isə getdikcə artmağa başladı. Əmanətlərin faiz dərəcəsinin azalması əmanət bazarının cəlbediciliyi azaltdı və əmanət qoyuluşu azalmağa başladı. Bu prosesə "Bank of Azerbaijan" ASC-nin düşdüyü böhran daha da stimul verdi. Əmanətlərin faiz dərəcəsinin azalması kredit faizlərinə ciddi təsir göstərmədi. Əksinə, bankların qazanclarını artırdı. Təsadüfi deyil ki, bu qazanc ilin əvvəli 3,75 faiz idisə, hazırda 5,32 faizə qalxıb.
İlin bitməsinə 2 ay qalıb. Ona qədər bank bazarda qalmaq üçün çarpışırlar. Onların təxminən yarısı gələn ili bazarı tərk etmək məcburiyyətində qalacaq. Yenə də hər şey zamandan və aparılan danışıqların nəticəsindən asılı olacaq".
"Yeni Müsavat"
DİGƏR XƏBƏRLƏR
-
İxrac rəsmiləşdirilmə xərclərinə görə sahibkarlara kompensasiya ödəniləcək - Fərman
-
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
-
Neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
XƏBƏR LENTİ
-
“Barselona” Kukurelyanın “Real”a satışından pul qazanacaq
-
Bəzi rayonlarda külək güclənəcək - İyunun 18-dək sarı xəbərdarlıq
-
Xəzər rayonunda maşın qarətçisi, Sumqayıtda isə velosiped oğrusu tutuldu
-
Nizami Rəmzinin qızı əvvəlki vəziyyətinə qayıtdı: Yenidən narkotikə qurşanıb - VİDEO
-
Netanyahu: "İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək"
-
İyunun 19-dək bəzi dağlıq rayonlarda leysan və dolu gözlənilir
-
Zabit Nəbizadə oğluna gəlinsiz toy etdi - VİDEO
-
Əli Əsədov Özbəkistan Prezidenti ilə görüşdü
-
Azərbaycanın turizm bölgələrində ailəvi istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Keçmiş "Barselona"lı ulduz Toralın komanda yoldaşı olacaq
-
Tunis Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb
-
Rusiyada azərbaycanlı fəhlə hündürlükdən yıxılıb öldü
-
"Qarabağ"ın legioneri Kevin Medina komandadan ayrıldı
-
Prezident İlham Əliyev ilə Niderlandın Baş naziri Rob Jetten arasında telefon danışığı olub
-
Tovuzda çayda çimən 22 yaşlı gənc batdı
-
Soyuducu və sobaları elektrik uzadıcısına qoşmayın - Xəbərdarlıq
-
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO
-
Sabah dəniz suyunun temperaturu 21-24 dərəcə təşkil edəcək
-
Azərbaycanda avtomobil bazarında qiymət artımı zəifləyib
-
Otlaq mövsümündə təhlükə: Heyvanlar üçün qarayara peyvəndi niyə vacibdir?
-
Xalq artistinin gözlənilməz "qonağı" gülüş doğurdu - VİDEO
-
Gürcüstan 94 xaricini deportasiya etdi: Arasında azərbaycanlılar da var
-
İstanbulda şagird imtahana təcili yardım maşını ilə aparıldı - VİDEO
-
Çində 6.3 gücündə zəlzələ oldu





