İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sevil massivi"ndən zərər çəkənlər əsir-yesir qalıblar...
5 Noyabr 2014 16:08
4 Şərh
Baxış: 3 786
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Sevil massivi" mənzil-tikinti kooperativinin (MTK) bağlanmasından sonra həmin ərazidə ev, torpaq sahəsi alan insanların çoxunun problemləri həll edilməmiş qalır. Onlar mənzil və torpaq sahəsi almaq üçün ödədikləri məbləği geri ala bilmirlər.
Bu barədə virtualaz.org saytına zərərçəkənlərdən bir neçəsi məlumat verib.
MTK tərəfindən tikilən binalardan ev almaq və fərdi yaşayış evi tikdirmək üçün ödəniş edən minlərlə zərərçəkənin çox az bir hissəsi ödədikləri ilkin pulu geri ala bilib. Pul ala bilənlər əsasən yaşayış binasından ev almaq üçün ödəniş edən və boş torpaq sahəsi alanlardır.
İkiqat zərər çəkənlər isə MTK-dan torpaq sahəsi alıb öz hesablarına fərdi yaşayış evi tikdirmək istəyənlərdir. Onlara deyirlər ki, tikdikləri evlərin məbləği müəyyən ediləndən sonra pul ödəniləcək.
Zərəçəkənlərin şəxsi vəsaitləri hesabına tikdikləri evlərin qiymətləndirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən qrup yaradılıb. Qrup vətəndaşlara ödəniləcək məbləği müəyyən etdikdən sonra Abşeron Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən zərərçəkmişlərin vəsaiti geri qaytarılır.
Hazırda pulunu ala bilməyənlərin şikayəti Abşeron RİH-in Xırdalan şəhəri üzrə icra nümayəndəsi Fikrət Orucov tərəfindən dinlənilir. F.Orucov isə şikayətçiləri get-gələ salır.
Ev almaq üçün ödəniş edən, lakin pullarını geri ala bilməyənlərdən biri də Afaq Mailovadır. A.Mailova virtualaz.org saytına bildirib ki, MTK tərəfindən tikilən yaşayış binasıdan ev almaq üçün ilkin ödəniş kimi 2584 manat ödəyib. Amma indi bu məbləği geri ala bilmir.
A.Mailova oktyabrın əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib, izahat yazsa da, nəticəsi olmayıb. İdarədən müraciətinə bir ay ərzində cavab verilməyəcəyi təqdirdə yenidən müraciət etmək tövsiyə olunub.
MTK-dan həm torpaq sahəsi, həm də bina evi almaq üçün ödəniş edən Səma Məmmədzadə də ödədiyi 18 min manatı geri ala bilmir. Onun ailəsi bankdan götürdüyü kreditlə ev almağı planlaşdırsa da, istəklərinə çata bilməyib.
Elçin Əliyev də MTK tərəfindən tikilən yaşayış binasından ev almaq üçün ödəniş edənlərdəndir. E.Əliyev 6761 manatını geri ala bilmir. O, Fikrət Orucovla iki gün əvvəl görüşdüyünü, lakin nəticə olmadığını deyir.
Digər zərərçəkən Ülviyyə Yusifova da bina evi almaq üçün 8100 manat ödəniş edib. Lakin o da ödədyi məbləği geri ala bilmir.
Ümumilikdə zərərçəkənlərin sayı 3 min nəfərdən çoxdur. Onların az bir hissəsinin pulu geri qaytarılıb. Sonuncu dəfə zərərçəkənlərə sentyabr ayında ödəniş edilib. Zərərçəkənlər icra nümayəndəliyinə və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etsələr də, onlara dəqiq cavab verən yoxdur.
MTK-dan ev almaq üçün ödəniş edənlərin əksəriyyəti bu vəsaiti banklardan kredit kimi götürüb. İndi onlar ikiqat ziyana düşüblər, çünki həm də götürdükləri kreditlərin faizini ödəyirlər.
Xatırladaq ki, bu ilin iyul ayında "Sevil massivi" MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru Elçin İsmayılov həbs olunublar. Onlar dövlət büdcəsinə külli miqdarda vergi ödəməkdən yayınmaqda ittiham olunurlar.
Məsələ ilə bağlı Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyev də təqsirləndirilən şəxslərdən rüşvət almaqda ittiham olunur. Onun barəsində ağır xəstəliyi ilə əlaqədar olaraq həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Baş Prokurluğun yaydığı sonuncu məlumata görə, istintaq zamanı müəyyən edilib ki, MTK-nın məsul şəxsləri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar torpağı, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər.
Xatırladaq ki, hazırda "Sevil massivi" MTK-da tikinti və satış işləri dayandırılıb. Fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın müəyyən edilməsi istiqamətində işlər aparılır. Onların hüquqlarının bərpa olunması, eyni zamanda cinayətin digər iştirakçılarının müəyyənləşdirilməklə istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən davam etdirilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi