Cahangir Əsgərov Litvada zərərlə işləyən aviaşirkəti alır - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Virtualaz.org saytı Litva mənbələrinə istinadla xəbər verir ki, Vilnüs meriyası tərəfindən yaradılan və hazırda zərərlə işləyən "Air Lituanica" aviaşirkətinin 49 faizlik hissəsinin Azərbaycandan olan strateji investorlara satılmasına dair danışıqlar gedir.Azərbaycan Dövlət Hava Yolları Konserninin (AZAL) törəmə şirkəti Litvada zərərlə işləyən aviaşirkəti almaq üçün danışıqlar aparır
Lakin investor şirkəti almaq üçün bir sıra tələblər irəli sürüb. Bu tələblərdən birinə görə, "Air Lituanica" aydın səhmdar strukturuna malik müstəqil şirkət formasını dəyişməlidir.
Məlumata görə, şirkətlə həm AZAL-ın törəmə şirkəti olan "Azal Avia Cargo", həm sərnişin, həm də yük daşımaları ilə məşğul olan özəl "Silk Way Group" şirkəti maraqlanır.
"Air Lituanica Club"un rəhbəri Kyastutis Binkauskas şirkətin səhmlərinin satışına dair danışıqların getdiyini təsdiqləyib.
"Danışıqlar aparılır, informasiya mübadiləsi edilir. Ancaq biz tələsmirik, gələn il daha yaxşı nəticələr göstərməyi planlaşdırırıq və beləliklə, şirkət investorlar üçün daha cəlbedici olacaq. Ona görə də biz bu istiqamətdə çox fəal tədbirlər görürük",
- deyə Kyastutis Binkauskas bildirib.
Litvanın hava nəqliyyatını lisenziyalaşdıran komissiyasının məlumatına görə, "Air Lituanica"nın maliyyə vəziyyəti hazırda ağırdır. Şirkət zərərlə işləyir.
Litvanın nəqliyyat və kommunikasiya nazirinin müşaviri Riçardas Slapşis deyib ki, buna baxmayaraq şirkəti bağlamaqdan söhbət getmir.
"Bizə deyiblər ki, kreditorlarla danışıqlar aparılır, borcların ödənilməsi qrafiki hazırlanır, nizamnamə kapitalının artırılması üçün investorlarla danışıqlar gedir və s.", - nazirin müşaviri deyib.
Qeyd edək ki, Azərbaycandan olan oliqarx-investorlar son vaxtlar Litvaya bir çox yatırımlar həyata keçirib, daşınmaz əmlak, otellər, sovet dövründən qalma kurort kompleksləri və s. alıblar.
Milli.Az
Böyütmək üçün şəklə klikləyin.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





