Azərbaycandan Qazaxıstana benzin ixracı sual altındadır - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14:38
"KazMunayQaz" şirkətinin baş direktorunun marketinq üzrə müavini Yerlan Koybaqarov
qeyd edib ki, kontragent tərəfindən öhdəliklərin yerinə yetirilməyəcəyi halda, şirkətimiz müqavilənin pozulması və ödənilən vəsaitin qaytarılması üzrə müvafiq prosedurları həyata keçirəcək.
Trend xəbər verir ki, bir müddət əvvəl Qazaxıstanın Energetika Nazirliyi bəyan etmişdi ki, ölkə Rusiya ərazisi vasitəsilə Azərbaycandan yanacaq tədarükü həyata keçirəcək "Lanturno Management S.A." beynəlxalq şirkəti ilə müqavilə imzalayıb.
Y.Koybaqarov xatırladıb ki, bu il oktyabrın 10-da kontragent şirkətlə Qazaxıstana Azərbaycandan 6 min ton həcmində Aİ-92 markalı benizinin tədarükü haqqında müqavilə imzalanmışdı. O, kommersiya sövdələşməsinin şərtlərinə istinad edərək kontragent şirkətin adını açıqlamayıb: "Göstərilən müqavilə çərçivəsində oktyabrın 14-də Aİ-92 markalı benzinin 3 min tonuna görə ilkin ödəniş həyata keçirmişik. Müqavilənin şərtlərinə görə, haqqı ödənilən həcmin tədarükü bu il noyabrın 10-na kimi həyata keçirilməlidir".
Bununla yanaşı, baş direktorun müavini qeyd edib ki, Azərbaycanda yüksək oktanlı neft məhsullarının ixracına müvəqqəti məhdudiyyətin tətbiqi və müqavilə ilə razılaşdırılmış ixracın pozulması Qazaxıstanın yanacaq bazarı üçün mənfi nəticələrə səbəb olmayacaq.
Onun sözlərinə görə, daxili bazarın neft məhsullarına olan tələbatının ödənilməsi üçün bu ilin oktyabrında "KazMunayQaz - emal və marketinq" şirkəti Rusiya və Belarusdan 42,3 min ton həcmində Aİ-92 markalı benzin tədarük edib. Bundan əlavə, hazırda Rusiya və Belarus neft emalı zavodlarından (NEZ) yüklənmiş 37 min ton Aİ-92 markalı benzin yoldadır və bu ilin noyabrında ölkəyə daxil olacaq: "Biz bu ilin noyabrında Mozırsk və Novopolotsk NEZ-lərindən (Belarus) və Rusiyanın bəzi NEZ-lərindən 50 min tondan artıq həcmdə Aİ-92 markalı benzinin tədarükü ilə bağlı müqavilələr imzalamağı planlaşdırırıq".
Proqnozlara görə, 2014-cü ildə Qazaxıstanda avtomobil benzini istehsalı 2,885 milyon ton təşkil edəcək. Bu növ benzinə tələbatın isə 4,168 milyon ton səviyyəsində olacağı gözlənilir.
Hazırda Qazaxıstanda fəaliyyət göstərən bütün NEZ-lərin modernləşdirilməsi planlaşdırılır. Bu proses 2016-cı ildə başa çatacaq. Energetika Nazirliyinin məlumatına görə, modernləşdirmədən sonra Qazaxıstanın əlvan neft məhsullarına tələbatı tam təmin olunacaq.
Qeyd edək ki, ötən ilin sonundan başlayaraq Azərbaycanda ilk dəfə benzinə tələbatın səviyyəsi onun istehsal həcmləri ilə eyniləşdirildi. Azərbaycanda benzinə artan tələbatı təmin etmək üçün ölkədə neft məhsullarının yeganə istehsalçısı olan ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ilin yazından Aİ-95 markalı benzinin istehsalını dayandırdı və tamamilə ölkədə daha çox tələbat olan Aİ-92 markalı benzinin istehsalına keçdi. Hazırda Aİ-95 markalı benzin ölkəyə idxal olunur və sərbəst qiymətə satılır. Aİ-92 markalı benzin isə ölkədə istehsal olunduğundan bu növ benzin üçün Azərbaycanın Tarif (qiymət) Şurası tərəfindən fiksə olunmuş qiymət (0,7 manat) təyin edilib.
---------
13:04
Azərbaycandan yüksək oktanlı neft məhsullarının ixracına müvəqqəti məhdudiyyətin tətbiqi ilə əlaqədar olaraq, kontragent (müqavilə üzrə tədarükü təmin etməli olan şirkət) hələ də Qazaxıstana Azərbaycan neft məhsullarının qabaqcadan razılaşdırılmış həcmlərinin tədarükünə hazır olduğunu təsdiqləmir.
Trend xəbər verir ki, bu barədə "KazMunayQaz" şirkətinin marketinq üzrə baş direktorunun müavini Erlan Koybaqarov Astanada keçirilən brifinqdə bəyan edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Pakistan və Türkiyə XİN rəhbərləri Məkkə sazişini müzakirə etdilər
-
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - (Video/Foto)
-
Stiv Uitkoff və Cared Kuşner Kiyevə səfər etdi
-
“Tottenhem” 53 illik antirekordu təkrarladı
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib - Nəticələr 5 günə açıqlanacaq
-
Azərbaycan millisinin qapıçısı bu kluba keçdi
-
“A.B.İ.” serialının ikinci mövsümünün yayım tarixi açıqlanıb
-
Uçan maşınlar satışa çıxdı: Qiyməti açıqlandı
-
Almaniya dron və kiberhücumlara qarşı müdafiəni gücləndirir
-
Hava kəskin dəyişir: Qar yağacaq - Proqnoz
-
Vulkan püskürməsi İndoneziyada aviareysləri iflic etdi
-
Cəlilabad sakini Astarada faciəvi şəkildə öldü
-
Kabo-Verdedə faciə: Avtobus 30 metr hündürlükdən dərəyə yuvarlandı
-
Trampın bəyənilmə reytinqi rekord dərəcədə aşağı düşüb
-
Sara Xəlifə ölüm cəzasına məhkum edildi
-
Prezident İlham Əliyev: Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb
-
Avropa təcrübəsindən Azərbaycanın haqlı mövqeyinə baxış: Şuşanın daşlarına yazmaq niyə xatirə yox, irsə müdaxilədir?
-
Selen Öztürk yeni serialla ekranlara qayıdır
-
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb
-
"Fənərbağça" uduzdu, azarkeş öldü





