Azərbaycan neft gəlirlərinin qeyri-neft sektorunda ən səmərəli formada kapitallaşmasına istiqamətlənib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Trend-in məlumatına görə, biznes forumda çıxış edən AMB-nin sədri E.Rüstəmov biznes-hakimiyyət dialoqunu təşkil etdiyi üçün "Caspian European Club"a təşəkkür edib: "Caspian European Club" çərçivəsində bu cür görüşlərin keçirilməsi dövlət qurumları və özəl sektor arasında daha sıx əməkdaşlığın yaranmasına, bu isə öz növbəsində, ölkə iqtisadiyyatının inkişafına yol açır".
E.Rüstəmov Azərbaycan Mərkəzi Bankının fəaliyyəti barədə ətraflı məlumat verərək, maliyyə-bank sektorunda dövlət siyasətinin əsas məqamlarını açıqlayıb: "Dövlət ölkədə tətbiq olunan iqtisadi strategiyanı, xüsusilə qeyri-neft sektorunu diqqətlə monitorinq edir".
O, Azərbaycanda maliyyə-bank sisteminin inkişafı, bankların fəaliyyətində mövcud problemlər və sözügedən sektorun gələcək inkişaf perspektivləri barədə ətraflı danışıb: "İnkişaf dinamikasına görə Azərbaycan iqtisadiyyatı olduqca maraqlıdır və bir çox maliyyə institutlarının diqqəti mərkəzindədir. Onları Azərbaycan fenomeni, iqtisadiyyatın sabit inkişafı maraqlandırır".
E.Rüstəmov biznes forumda çıxışı zamanı bank sahəsində əsas inkişaf göstəriciləri açıqlayıb. O hesab edir ki, dövlətin siyasəti neft gəlirlərini iqtisadiyyatın qeyri-neft sahələrində ən effektli formada kapitallaşdırmaqdan ibarətdir.
Görüşdə Azərbaycanın maliyyə-bank sistemi, bu sahə üzrə qanunvericilik, eyni zamanda, "Caspian European Club" şirkətini maraqlandıran məsələlər müzakirə olunub.
Biznes-forumda çıxış edən "Caspian European Club"un baş icraçı direktoru Telman Əliyev E.Rüstəmova tədbirdə konstruktiv dialoqa, iştirakçıların səsləndirdiyi təklif və xahişlərə ayırdığı diqqətə görə təşəkkür edib.
O, noyabrda Tbilisidə keçiriləcək II Beynəlxalq Caspian Energy Forum - 2014 barədə məlumat verib. Konfransın bir gün ərzində keçirilməsi və iki hissədən ibarət olacağı nəzərdə tutulub. Birinci hissədə neft-qaz sahəsinin inkişafı, enerji və ekologiya məsələlərinin müzakirə olunacağı planlaşdırılıb. Tədbirin ikinci hissəsi çərçivəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş "Caspian European Forum" keçiriləcək.
O qeyd edib ki, "Caspian European Club"un əsası "Caspian Energy International Media Group" və Xəzər - Qara dəniz regionlarında çalışan bir sıra iri neft və qaz şirkətlərinin iştirakı ilə 2002-ci ilin iyun ayında qoyulub. "Caspian European Club"un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.
T.Əliyevin sözlərinə görə, "Caspian European Club" yarandığı gündən neft sahəsindən əldə olunan gəlirin qeyri-neft sektoruna sərmayələşdirilməsinə vasitəçilik edib. Dünyanın 50 ölkəsi və 5 mindən artıq şirkət və təşkilatını öz sıralarında birləşdirən "Caspian European Club" dövlət qurumları ilə özəl sektor arasında dialoqun yaranması istiqamətində aktiv işlər görür.
AMB-nin sədri E.Rüstəmova "Caspian European Club"un fəxri üzv sertifikatı təqdim olunub. Eyni zamanda, "Caspian European Club"a yenicə qoşulan şirkətlərə sertifikat təqdim olunub. "Caspian European Club"un təşkil etdiyi görüşdə Azərbaycanda akkreditasiyadan keçmiş bir sıra şirkət və diplomatik qurumların rəhbərləri də iştirak ediblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi





