"Rossiya 1" telekanalı Azərbaycanın Quba və Xaçmaz rayonlarından kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarük edilməsi imkanlarına həsr edilmiş veriliş hazırlayıb.
Trend-in məlumatına görə, jurnalist Əzəmət Salihovun hazırladığı veriliş avqustun 17-də "Rossiya 1" telekanalı vasitəsilə nümayiş etdirilib.
Müəllif təqribən 5 dəqiqəlik verilişi bu sözlərlə başlayır: "Pomidor, şaftalı, gavalı, həmçinin onlarla meyvə və tərəvəzin necə yetişdirildiyini görmək üçün Azərbaycan rayonuna yola düşürük. Burada şaftalını çox qədim zamanlardan yetişdirirlər, plantasiyalar isə minlərlə hektar ərazini əhatə edir. Buradan Bakıya məsafə çox olsa da, Rusiya sərhədinə cəmi 20 kilometr məsafə var. Buna görə də yerli kəndlilər artıq yeni perspektivli bazarın mənimsənilməsinə hazırlaşırlar və hətta şaftalının tədarük edilməsi üçün rus dilində məhsul növünün və istehsalçının nömrəsinin qeyd edildiyi yeni qablaşdırma hazırlayıblar".
Verilişdə kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə müsahibə, eləcə də Qafqaz Konserv Zavodundan reportaj yer alıb.
Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları hazırda Rusiya bazarına kortəbii şəkildə gətirilən şaftalı, armud və pomidorun ixracı üçün hazır olduqlarını ifadə ediblər.
Jurnalist Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarında itirilmiş mövqeyini bərpa edəcəyinə ümid etdiyini bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar kənd təsərrüfatı məhsullarının saxlanılması üçün logistik mərkəzlərin yaradılması məqsədilə Azərbaycana investisiyaların yatırılması planlaşdırılır.
Həmin videoreportajı diqqətinizə çatdırırıq:
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.
İqtisadiyyat
Rusiya telekanalı Xaçmazdan reportaj hazırladı - VİDEO
18 Avqust 2014 12:34
0 Şərh
Baxış: 1 553
DİGƏR XƏBƏRLƏR
- Un bahalaşdı, çörəyin qiyməti qalxmadı, ancaq…
- Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı
- "Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
- Qarabağda #Birbaşlanğıc daha:Kapital Bank-ın Xankəndi filialı açıldı
- Pensiyalarda nə qədər artım olacaq? - Nazir müavini açıqladı - VİDEO
- Azərbaycan nefti ucuzlaşdı
XƏBƏR LENTİ
- Bakıda tozlu hava şəraiti müşahidə olunur
- Ramaldan vəfat edən atası ilə bağlı paylaşım - FOTO
- “Neftçi” Bojoviçi qovdu
- 10 saylı cəzaçəkmə müəssisəsində Əfv sərəncamı icra olunub - YENİLƏNİB - FOTO
- Ləman Hüseynzadəyə vəzifə verildi
- İrəvan ŞOKDA: Ermənistan dəymiş ziyana görə Azərbaycana torpaq verir?
- “Məqsədimiz qrupdakı taleyimizi yaxşıya doğru həll etməkdir” - MÜSAHİBƏ
- ABŞ sakini polis bölməsinə aparıldı, 900 min dollar qazandı - FOTO
- Məşhur müğənni həmkarının maşının cızanda kameraya düşdü - VİDEO
- UAZ məhkəməyə verildi
- Monqolustan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
- Mərakeş Kralı İlham Əliyevi təbrik edib
- Əməkdar artist əməliyyat olundu
- KXDR-dan Koreya və ABŞ-a XƏBƏRDARLIQ
- 500 illik zavod görün hansı sirrin üstünü açdı: Bakının xilaskarının təsirli hekayəsi
- Pirallahıda beynəlxalq yarış start verdi - FOTO
- Kamaləddin Qafarov: “İkitərəfli əlaqələr ölkələrimizin milli maraqlarına uyğundur”
- “The Spectator”: Makronun müstəmləkə imperiyası gözləri qarşısında dağılır
- İlham Əliyev Gürcüstanın Baş nazirinə təbrik məktubu ünvanlayıb
- Yalan danışmayan KİŞİ BÜRCLƏRİ – Etibarlı insanlardır
- Niki Minaj hava limanında saxlanıldı
- Ermənistan-Gürcüstan avtomobil yolu hər iki istiqamətdə bağlandı
- Slovakiyanın baş nazirindən xəbər var
- “SSRİ dövründə çempion olmaq çox çətin idi, amma indi...”