İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
“Qiymətli metal” 11 ayda 28% bahalaşıb
24 Noyabr 2010 17:25
Baxış: 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər portalı bildirir ki, dünya birjalarında qızılın qiyməti bahalaşıb. Nyu-Yorkun "Comex" elektron satış birjasıda qızılın dekabr ayına olan fyuçerslərinin qiyməti 0,4% bahalaşaraq 1363,6 dollara təklif edilib. Ekspertlər hesab edir ki, ümumilikdə bazar iştirakçıları qızılın qiymətinin qalxmasında maraqlıdır. Bildirirlər ki, Koreyadan gələn xəbərlər metalın qiymətinin bahalaşmasında mühüm rol oynayıb. Yəni Cənubi Koreya ilə Şimali Koreya arasında atışma fond birjalarına təsirsiz ötüşməyib.
"National Australia Bank Ltd"nin analitiki Ben Bestmor isə deyib ki, növbəti ilin ilk rübündə qızılın unsiyası orta hesabla 1375 dollara çata bilər. Qeyd edək ki, 2010-cu ilin əvvəlindən qızılın qiyməti 28% bahalaşıb.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, qızılın qiymətindəki artıma investorların öz vəsaitlərini qızılla saxlamaq niyyətləri təsir edir: "Qızılın qıymətinin artması yalnız valyuta bazarında baş verən dəyişikliklərlə bağlı deyil. Nəzərə alsaq ki, dolların məzənnəsinin yaxın aylarda daha da aşağı düşəcəyi, ilin sonuna qədər avronun məzənnəsinin ötən ilki məzənnə səviyyəyə qədər yüksələcəyi yönündə proqnozlar var, hansıki bütün bunlar valyuta bazarına təsir edib".
V.Bayramov qeyd edir ki, "qiymətli metal" böhran dövründə ən etibarlı yığım vasitəsi hesab olunur. Yəni likvid qiymətli material kimi böhran dövründə qızıla tələbat artır: "Amerika iqtisadiyyatında proqnozlaşdırılan, amma müşahidə edilməyən artım templəri, eləcə də işsizlik səviyyəsinin artması investorları vəsaitlərinin bir və yaxud əsaslı qismini qızılın alınmasına yönəltməsinə gətirib çıxarıb. İnvestorlar öz vəsaitlərini səhmlərdən çəkərək qızılda saxlamağa üstünlük verirlər.Yaxın aylarda qızılın qiymətində artımlar davam edəcək. Bu eyni zamanda dolların avroya və digər valyutalara nisbətən nisbətən məzənnəsinin aşağı düşməsi ilə müşahidə ediləcək. Güman edilir ki, dolların məzənnəsinin aşağı düşməsi ilə paralel Mərkəzi Bank manatın dollara nisbətən müəyyən qədər möhkəmlənməsini həyata keçirsin. Çünki dolların məzənnəsi aşağı düşdükcə manatın dollara nisbətən məzənnəsində də dəyişikliklər olacaq".
Mütəxəssisin fikrincə, dolların məzənnəsinin aşağı düşməsi eləcə də ilin sonuna qədər dünya iqtisadiyyatında ciddi inkişaf meyillərinin müşahidə edilməyəcəyinə dair proqnozlar qızıla tələbatı artıracaq. İnvestorların qızıla vəsait yönəltməsi "qiymətli metal"ın bahalaşmasını şərtləndirəcək. İlin sonuna qədər qızılın dünya bazar qiymətində daha 7 faiz artım gözlənilir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır