Park Cinema "Qodzilla 3D" filmini ən realistik formatda təqdim edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Warner Bros və Legendary Pictures studiyasının birgə çəkdikləri əfsanəvi yapon bədheybəti - "Qodzilla" haqqında yeni, 3 D formatlı bədii filminin dünya premyerasından 2 gün əvvəl Metropark-dakı Park Cinema kinoteatrında KİV nümayəndələri, kinosevərlər və Park Cinema kinoteatrlar şəbəkəsinin daimi müştəriləri üçün qapalı nümayişi keçirilib.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə, mayın 15-dən etibarən dünyanın bir sıra ölkələri ilə yanaşı Azərbaycanda da prokata çıxacaq film Park Cinema kinoteatrlar şəbəkəsinin zallarında Azərbaycanda ilk dəfə olaraq iki dildə - rus və türk dillərində tamaşaçıların diqqətinə təqdim olunacaq.
Onilliklər boyu insanları vahiməyə salan onlarla mifik bədheybət və qorxunc varlıq olub. Lakin nəhəng Qodzilla onların arasında ən dəhşətlisidir, çünki bu varlıq bütün insanlığı Yer üzündən silmək iqtidarındadır.
Namiq Quliyevin sözlərinə görə, film insanların təbiətə dağıdıcı təsirinin nəticəsi olaraq meydana çıxan Qodzillaya qarşı insanların birləşərək mübarizə aparmasından, onların şücaət və hünərindən bəhs etsə də, bu kino əsəri eyni zamanda tamaşaçıları düşünməyə vadar edir. "Qodzillanın mənfi qəhrəman kimi təqdim edildiyi bu filmin süjet xətti insanla təbiətin mübarizəsindən bəhs edir. Lakin bu qarşıdurmadan insanların qalib çıxması mümkünsüzdür, çünki təbiət daim insan üzərində zəfər qazanacaq. Gənc rejissor-fantast Qaret Edvardsın kinosevərlərə çatdırmaq istədiyi başlıca fikir də elə budur ki, Qodzilla insanların təbiətə qarşı etinasız münasibətinin törətdiyi fəsaddır. Bütün bəşəriyətin mövcudluğuna təhlükə yaradan Qodzilla insanlara cəza olaraq göndərilmiş bir varlıqdır", - deyə Namiq Quliyev vurğulayıb.
Namiq Quliyev kinotənqidçilərin əsas rollarda Aaron Teylor-Conson, Ken Vatanabe, Jülyet Binoş və digər aktyorların çəkildiyi Qodzilla 3D filminə nümayişə başlandığı ilk gündən böyük gəlir əldə edəcəyini proqnozlaşdırdıqlarını qeyd edərək Şimali Amerikada artıq ilk seanslara satılan biletlərin $70 mln.-a çatdığını vurğulayıb.
Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlamışdır. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Flame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.
Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılmışdır. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mourinyo baş tutmayan Rodri transferi barədə: "Onlar "Real"da oynaya bilməz"
-
Sefonun fanatı ilə çətin anları - Gənc qızın hərəkəti qınandı - (Video)
-
Türkiyədə tanınmış din xadimi və arvadı saxlanıldı - (Foto)
-
Məşhur İngiltərə klubunun stadionunda meyit tapıldı
-
"Fənərbağça"nın futbolçusu "Barselona"ya transfer olunacaq
-
Rusiya milyarderləri Putin üçün kisənin ağzını açdı: 384 milyard
-
Qəzaya düşdükdən 5 gün sonra xəstəxanada ölən Tunarın Fotoları
-
Rəqsanənin qızı Yağmur: "Ən ağır həqiqətdir ki, həyatda özündən başqa heç kimin yoxdur" - (Foto)
-
Uşaqlar yolu idman zalına çevirdi, valideynləri polisə çağırıldı - (Video)
-
Bloqer Pərvin vəfat edən əri ilə fotosunu paylaşıb bunları yazdı
-
Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - (Video)
-
Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
-
Bakıda kişi öldürüldü, arvadı saxlanıldı
-
Haluk Leventdən milyardlıq köçürmə iddialarına sərt reaksiya - (Foto)
-
Sabah 38 dərəcə isti olacaq
-
Qurban Qurbanovdan yeni transfer elanı
-
Ukraynada xüsusi əməliyyat: Məmurların evində axtarış başladı - (Foto)
-
Azərbaycanda boşanmaların ən çox olduğu ərazilər
-
Xersonda avtobus dronla vuruldu: 4 ölü, 5 yaralı var - (Foto)
-
Ofeliya Şabanovanın qardaşının məzarı önündə görüntüsü kövrəltdi – (Video)
-
Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama
-
Xameneinin qohumu həbs olundu
-
İran onları “persona non qrata” elan etdi
-
Meşədən meyvə və göbələk toplamaq qadağandır?





