AZAL: "Bizi "Lufthansa" ilə müqayisə edin"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mən o müqayisələri oxumuşam. Siz bizi Almaniyanın "Lufthansa" təyyarə şirkəti ilə müqayisə edin. Görün, "Lufthansa" neçəyə uçur, biz neçəyə uçuruq".
Bunu "Azadlıq" radiosuna müsahibəsində AZAL Dövlət Konserni mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyir.
Onun fikrincə, AZAL-ı Tiflisdən uçan təyyarələrlə müqayisə etmək düz deyil: "Bizim təyyarələr Avropa, Amerika istehsalıdır, başdan-ayağa komfortdur, servisimiz yüksəkdir. İki gün öncə "Boing-787 Dreamliner"lə Romaya uçduq, orda hamı onun şəklini çəkirdi ki, Azərbaycan belə təyyarəni necə alıb. Biz qürur hissi keçiririk ki, ölkəmizdə belə təyyarələrimiz var".
Məhərrəm Səfərli deyir ki, AZAL-ın təyyarələri yüksək texniki təchizatla təmin olunub: "Bizim təyyarələrimiz ən birincisi təhlükəsizdir. Ancaq onlar bizi "Pegasus"la müqayisə edirlər. Qoy bizi götürsünlər "Lufthansa" ilə. Onların yanaşması düz deyil".
AZAL rəsmisi manatın devalvasiyasından sonra təyyarə biletlərinin qiymətini qaldırmadıqlarını, sadəcə, avronun bahalaşmasının qiymətə təsir etdiyini deyir. Məhərrəm Səfərli onu da vurğulayır ki, ucuz xidmət təklif etmək istəyən aviaşirkətlərə AZAL açıqdır: "Macarıstanın "Wizzair" şirkəti bizim şərtlərlə razılaşmadı. Hansı şirkət Bakıya uçmaq istəyirsə, hava yolumuz açıqdır. Bakıya 20-dək şirkət uçur, heç biri də bizdən narazı deyil".
Macarıstanın "Wizzair" şirkəti bu ilin martında Bakı-Budapeşt-Bakı reysini ləğv edəndən sonra sosial şəbəkələrdə AZAL-ın uçuş qiymətləri müzakirəyə səbəb olub. Qonşu Gürcüstanla paralellik aparanlar və bəzi iqtisadçılar bu qənaətə gəliblər ki, AZAL qiymətləri süni şəkildə şişirdir, hava limanında monopoliya yaradıb qiymət diktə edir və ucuz xidmət göstərən "Wizzair", "Pegasus" kimi aviaşirkətləri ölkəyə buraxmır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Quzu əti bahalaşdı - (Video)
-
Bakının ən bahalı ünvanları: qiymətlər
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





