İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanda avtomobil kreditləşməsi gələcəkdə məhdudlaşdırıla bilər"
17 Yanvar 2014 16:00
Baxış: 1 756
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkədə istehlak kreditləşməsi bazarına gələcəkdə məhdudiyyətlərin qoyulması avtomobil kreditlərinə şamil edilə bilər.
Trend-in məlumatına görə, bunu VTB Qrupun Azərbaycanda törəmə bankının İdarə heyətinin sədri Aleksandr Yeryomin borclunun gəlirləri barədə arayış təqdim etmədən təmin edilməmiş kreditlərin verilməsinin dayandırılmasına dair tənzimləyicinin təlimatını şərh edərkən deyib:
"Güman edirəm ki, AMB bu qərarla məhdudlaşmayacaq. Fikrimcə, yaxın vaxtlarda bu növ məhdudiyyətlər yenə olacaq. Onlar kiçik biznesin kreditləşməsinə, mikro kreditləşməyə, avtomobil kredirtləşməsinə və digər sahələrdə kreditlərin verilməsinə şamil oluna bilər".
Onun sözlərinə görə, təmzimləyicinin təlimatı bazar iştirakçılarına ciddi nəzarət və pozuntuların yolverilməzliyinin lazım olduğunu bir daha xatırladıb: "Mərkəzi Bankın borclunun gəlirlərinin qiymətləndirilməsinə görə nəzarət haqqında təlimatı bankımıza daha az təsir edəcək. Bank VTB-də (Azərbaycan) belə kreditlərin bazası olduqca kiçik idi, biz onları qeyri-standart kreditlər adlandırırıq. Müştərinin təmsil etdiyi şirkətin səviyyəsini bilərək onun gəlirlərini yoxlaya bildiyimiz zaman iri müəssisə rəhbərlərinə ayırdığımız kreditlər məhz bu cür kreditlərdir. Bu cür kreditlərin xüsusi çəkisi olduqca az idi, onun həcmi bir borcluya görə risklərin qəbul edilən limiti ilə məhdudlaşıb. Həmin limit Bank VTB (Azərbaycan) tərəfindən kapitalın ümumi həcminin 5 faizi səviyyəsində müəyyən edilib".
A.Yeryomin qeyd edib ki, bankın belə kreditləri az olub: "Yəni təkcə pərakəndə kerditləşmənin ümumi həcminin təqribən 21 faizi səviyyəsində olub. Bu o deməkdir ki, bankın ümumi portfelində qeyri-standart kreditlərin payı daha az olub. Buna görə də tənzimləyicinin təlimatı bankın fəaliyyətinə demək olar ki, təsir etməyib. Çünki əməkhaqqı haqqında sənədin təqdim edilməsi bankımızda kredit almaq üçün mütləq şərtdir".
O hesab edir ki, tənzimləyicinin qərarı ölkənin bir çox bankları üçün təsirsiz ötüşməyəcək: "Ümumbank təcrübəsi elədir ki, pərakəndə bazarlar belə, kreditləşməyə meyl edirlər, çünki kredit portfelinin keyfiyyətinə nəzarətin ən yaxşı göstəricisi statistikadır. Bank olduqca böyük statistikaya malik olan zaman və kredit ödənişini ən az gecikdirən müştərilərin kateqoriyasını müəyyənləşdirmək üçün portfelini seqmentlərə ayırmaq iqtidarındadırsa, belə kateqoriyaya daha sərfəli kredit şərtləri və ya əksinə, daha riskli qruplar üçün daha sərt şərtlər təklif edir".
A.Yeryomin deyib ki, hazırda bankların demək olar ki, belə statistikası yoxdur: "Belə tam və uzunmüddətli statistikaya malik ola biləcək banklar arasında pərakəndə kreditləşmə sahəsində çox fəal və uzun müddət işləmiş bankları qeyd etmək olar. Qalan bankların bu portfeli çox təzədir, qısamüddətli statistika isə vəziyyəti düzgün qiymətləndirə bilməz".
Onun sözlərinə görə, AMB pərakəndə kreditləşmənin artım templəri üzrə bazarı xeyli qabaqladığını vurğulayır: "2012-ci ildə kredit portfeli 22-24 faiz artıb, ötən il isə artımın 30 faizə yaxın olacağı gözlənilir, ancaq 30 faizin yarısı korporativ seqment tərəfindən təmin edilir. Şübhəsiz ki, kreditləşmənin inkişaf templəri haqqında təsəvvürü olan Mərkəzi Bank pərakəndə seqmenti məhdudlaşdırmağa çalışır".
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)