İqtisadiyyat

Türkiyə İraqa neft qadağası qoydu

14 Yanvar 2014 15:11
0 Şərh     Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İraq Suriya ərazisindən dünya bazarlarına neft ixrac edə bilməz

Bunu jurnalistlərə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, Ankara İraq hökumətinin fikri ilə hesablaşır, lakin əgər neft dünya bazarlarına Suriya ərazisindən ixrac olunacaqsa, belə layihə reallaşdırıla bilməz, çünki bu ölkədə sabitlik yoxdur.

Nazir qeyd edib ki, sabitlik belə enerji layihələrinin həyata keçirilməsi işində hər şeydən vacibdir.

Bir müddət əvvəl İraqın kütləvi informasiya vasitələri xəbər vermişdi ki, ölkənin mərkəzi hökuməti Türkiyə ərazisindən keçməli olan kürd muxtariyyətinin neftinin nəqli marşrutunu dəyişmək niyyətindədir. Bundan əlavə, neft ixracının yeni marşrutlarının İraq-Suriya-Livan və İraq-İordaniya-İsrail ola biləcəyi bildirilmişdi.

2014-cü il yanvarın 3-də Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan etmişdi ki, İraqın kürd muxtariyyəti Türkiyəyə neft ixracına başlayıb, lakin Bağdadın razılığı olmadan neft Avropa bazarlarına çatdırılmayacaq.

Onun sözlərinə görə, Türkiyə Bağdadın Avropaya neft ixracına dair icazəsinin bu ay alınacağına ümid edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.