Oktyabrın 29-da Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business 2014" hesabatı açıqlanıb.
İqtisadiyyat və Sənayə Nazirliyindən Trend-ə verilən məlumata görə, hesabatda Azərbaycan iqtisadiyyatı 189 ölkə arasında bir pillə irəliləyərək 70-ci yerə yüksəlib və bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasındadır. Ötənilki hesabatda Azərbaycan iqtisadiyyatı dünyanın 118 iqtisadiyyatını geridə qoyurdusa, "Doing Business 2014" hesabatında belə ölkələrin sayı 119-dur.
"Doing Business 2014" hesabatında Azərbaycan iqtisadiyyatı 2005-ci ildən bəri biznes mühitinin yaxşılaşdırılması sahəsində 18 məqsədyönlü tənzimləyici islahat həyata keçirərək və qanunvericiliyini təkmilləşdirərək dünya üzrə ilk 15 ölkə sırasına daxil olub. Belə ki, Azərbaycan "Doing Business 2014" hesabatında 2012-2013-cü illərdə 3 islahat ("biznesə başlama", "tikinti üçün icazələrin alınması" və "beynəlxalq ticarət" sahələrində) həyata keçirən 29 islahatçı ölkə sırasına daxil edilib.
Biznesin elektron qeydiyyatının tətbiqinın genişləndirilməsi nəticəsində "Biznesə başlama" göstəricisi üzrə Azərbaycan ilk dəfə olaraq dünya ölkələrinin ilk onluğuna daxil edilib və Sinqapur, Yeni Zelandiya, Honqkonqla yanaşı, dünyada ən yaxşı təcrübəyə malik ölkə kimi vurğulanıb.
Bununla yanaşı, Tikinti Məcəlləsinin tətbiqinin nəticəsi olaraq, Azərbaycan "tikinti üçün icazələrin alınması" göstəricisi üzrə islahatçı ölkələrdən biri kimi tanınıb, bu sahədə Fransa, Çin, Tayvan və Estoniya kimi dünyada nümunə olaraq göstərilib.
Gömrük prosedurlarının daha da sürətləndirilməsi ilə Azərbaycan hesabatda "beynəlxalq ticarət" göstəricisi üzrə islahatçı ölkə kimi qeyd edilib. Beynəlxalq ticarətin aparılması sahəsində "bir pəncərə" prinsipini tətbiq edən Azərbaycan Sinqapur kimi inkişaf etmiş olkələrlə bir sırada olmaqla, dünyada nümunə göstərilən ölkələr sırasındadır. Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycanın gömrük sistemində "bir pəncərə" prinsipi ən yaxşı dünya təcrübəsi nəzərə alınmaqla tətbiq olunub. Belə ki, gömrük-keçid məntəqələrində əvvəllər gömrük rəsmiləşdirilməsi zamanı 2-3 saat tələb olunurdursa, bu sahədə islahatların aparılmasından sonra vaxt sərfiyyatı 15-20 dəqiqəyədək azaldılıb.
Hesabatda Azərbaycanın 29 sərhəd-gömrük postunu əhatə edən vahid məlumat bazasının yaradılması yolu ilə gömrük nəzarətinin təşkili xüsusi vurğulanıb.
Bundan başqa, "Doing Business 2014" hesabatında əmlakın qeydiyyatı göstəricisi üzrə Azərbaycan 13-cü, investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsi sahəsində müvafiq olaraq, 22-ci və 28-ci yerə yüksəlib.
Görülən işlər və həyata keçirilən tədbirlər Azərbaycanın Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business" hesabatında, eləcə də digər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında yerini daha da yaxşılaşdırmasına, investorların Azərbaycan iqtisadiyyatına marağının daha da artmasına imkan yaradır. Bütün bunlar isə Azərbaycanın dünyada nüfuzunun artmasının, ölkədə biznes və investisiya mühitinin əlverişliyinin təzahürləridir.
Qeyd edək ki, 2012-ci ildə dərc olunmuş "Doing Business 2013" hesabatı 185 ölkənin iqtisadiyyatını əhatə etdiyi halda, builki hesabata daha 4 ölkə (San Marino, Myanma, Cənubi Sudan və Liviya) əlavə edilib və hesabatın əhatə etdiyi ölkələrin sayı 189-a çatdırılıb.
"Doing Business" hesabatlarına dair daha ətraflı məlumatı www.doingbusiness.org internet səhifəsindən əldə etmək mümkündür.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Doing Business 2014" hesabatı: Azərbaycan irəlilədi
29 Oktyabr 2013 09:13
Baxış: 2 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur çəkmədən bu dəfə Sevda geyindi - FOTO
-
Hər gün bir stəkan içən qocalmır
-
Evdəki "yolka" sizə problem yarada bilər - Həkimdən AÇIQLAMA
-
Depressiya zamanı qadınlar niyə saçlarını kəsdirir?
-
Telefon qablarından istifadəni dayandırın - Mütəxəssis açıqladı
-
Kondisioner yaşlılarda ölüm riskini azaldır – Yeni araşdırma
-
Hədiyyə bəhanəsi ilə oğurluq: Goranboyda 81 yaşlı kişini aldadıblar
-
Türkiyədə tanınmış televiziya aparıcısı həbs edildi
-
"Qadınların 60%-i həyatında ən azı 1 dəfə bu problemlə üzləşir" - Uroloq
-
BMT Baş katibi Maduroya zəng vurdu
-
Toyu ilə dünyaya səs salan hindistanlı bu dəfə qonağı ilə gündəm oldu - FOTO
-
PSJ Qitələrarası Kubokun qalibi olub
-
Rusiya və ABŞ rəsmiləri həftəsonu görşə bilər
-
Aysun özünə yeni ev aldı - VİDEO
-
Meyiti tapılan Müşfiq vaxtsız ölən əmisinin adını daşıyırmış - FOTO
-
Süni intellektlə "Şaban"ın çəkiliş meydançasına qaytardılar - təsirli VİDEO
-
Ağdamda kənd sakini minaya düşdü - YENİLƏNİB
-
Günün qoroskopu: Sizi sevindirəcək xəbər ala bilərsiniz
-
Alimlər cəhənnəmi tapdılar - FOTO
-
“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi
-
ABŞ bu gecə müharibəyə başlaya bilər
-
Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
-
Müğənni Güllünün sərvət açıqlandı
-
Uzun ömür yaşamaq istəyirsinizsə, yatın...





