İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliya, Yunanıstan və Albaniya TAP qaz kəmərinin inşası üzrə saziş imzalayacaq
13 Fevral 2013 09:23
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yunanıstan, Albaniya və İtaliya Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP (Trans Adriatic Pipeline) qaz kəmərinin inşası üzrə hökumətlərarası saziş imzalayacaq. Trend bu haqda RİA Novosti-yə istinadən xəbər verib.
Sazişi Yunanıstanın xarici işlər naziri Dimitris Avramopulos, Albaniyanın baş nazirinin müavini Edmont Hacinasto və İtaliyanın iqtisadi inkişaf naziri Korrado Passera imzalayacaq. İmzalanma mərasimində, həmçinin Azərbaycan hökumətinin və TAP üzrə konsorsiumun üzvləri olan İsveçrənin AXPO, Norveçin Statoil və Almaniyanın E.ON Ruhrgas şirkətlərinin nümayəndələri də iştirak edəcək.
Qaz xəttinin Komotini yunan şəhərindən Albaniyaya keçməsi, sonra Adriatik dənizinin dibi ilə İtaliyanın Brindizi limanına uzanması planlaşdırılır.
"Hazırkı hesablamalara görə, qaz kəmərinin tikintisi ölkəmizə 1.5 milyard avro investisiya gətirəcək və yüzlərlə yeni iş yerlərinin açılmasına səbəb olacaq", - Yunanıstanın xarici işlər nazirliyinin məlumatında bildirilir.
TAP layihəsi Xəzər hövzəsindəki təbii qazın Yunanıstandan, Albaniyadan və Adriatik dənizindən cənuba İtaliyadan keçməklə Qərbi Avropaya daşınmasını təmin edəcək. Azərbaycanın "Şahdəniz" qaz yatağının işlənməsinin ikinci mərhələsində çıxarılacaq təbii qaz isə bu layihənin əsas mənbəyi hesab olunur.
İlkin mərhələdə TAP qaz kəmərinin nəqletmə gücü ildə 10 milyard kubmetr olacaq ki, bu rəqəmin ildə 20 milyard kubmetrə qaldırılması nəzərdə tutulur. TAP layihəsinin səhmdarları qismində İsveçrənin AXPO (42.5 faiz), Norveçin Statoil (42.5 faiz) və Almaniyanın E.ON Ruhrgas (15 faiz) şirkətləri çıxış edirlər.
TAP-ın inşası 2015, ilkin qazın nəqli isə 2018-ci ilə planlaşdırılır.
"Şahdəniz" Konsorsiumu isə qaz kəmərilə bağlı yekun qərarını 2013-cü ilin iyun ayında verəcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi