ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması üzrə Almaniyanın "E.ON Ruhrgas" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin təqdimatı keçirilib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev Bakı və Abşeron yarımadasında təbii qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması məsələsinin respublika iqtisadiyyatı və Abşeron yarımadasının sosial-iqdisadi inkişafı nöqteyi-nəzərindən mühüm yer tutduğunu qeyd edib.
Bildirilib ki, layihə Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıraraq, əhali və iqtisadiyyatın gələcək inkişafı ilə əlaqədar 2030-cu ilədək yaranacaq tələbatının ödənilməsi, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin Avropa standartlarına uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, tam və ya qismən avtomatlaşdırılmış sistemin layihələndirilməsi, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, istismar və sazlama konsepsiyasının ən müasir səviyyədə qurulması məqsədini daşıyır.
Təqdimatda texniki-iqtisadi əsaslandırmanın xülasəsi, nəticələri, eləcə də layihənin reallaşdırılması üçün müəyyən edilmiş mərhələlər öz əksini tapıb və slaydlar vasitəsilə nümayiş etdirilib. Daha sonra "Azəriqaz" İB-nin aparıcı mütəxəssisləri TİƏ sənədinin müddəaları ətrafında geniş müzakirə aparıblar.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Abşeron yarımadasında qaz təchizatı şəbəkəsi yenidən qurulur
31 Avqust 2012 19:29
Baxış: 397

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun 105 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO
-
"ChatGPT"nin yeni modeli istifadəyə verildi - Bunlar mümkün olacaq
-
"Rusiya və Ukrayna atəşkəs fikri ilə razılaşıb"
-
Peyğəmbərə məktub yazdılar
-
Azərbaycanda bu məhsulun satışı qadağan edildi
-
Barokko Musiqisi Axşamı baş tutub - FOTO
-
Bakıda motosiklet arakəsməyə çırpıldı - Anbaan görüntülər
-
Ərdoğan - Zelenski görüşü başa çatdı - YENİLƏNİB
-
Mayın son günləri 5 BÜRCƏ "dərman" olacaq - Şans qayıdır
-
Tiranada gələcəyə birgə addım - ASB Zirvəsi və Azərbaycan
-
Türkiyədə güclü zəlzələ oldu - Ankarada da hiss edildi
-
11-ci siniflər direktora pul verib, məktəbə getmirlər - ŞOK FAKTLAR
-
Akademik Opera və Balet Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim etdi - FOTO
-
Doğuş tanınmış müğənnini hönkür-hönkür ağlatdı - VİDEO
-
NASA-dan 7 kiloluq ay daşı oğurladı - Sevgilisinə aparacaqmış...
-
Sumqayıtda avtobus yük maşını ilə toqquşdu - VİDEO
-
AAF həftəsonu avtomobil həvəskarlarını bir araya toplayır
-
“Əgər oyundursa, oynayaq” – Azərbaycanlı blogerdən AÇIQ MESAJ
-
Ən çox xəstələnən BÜRC - İlin 4 fəsli xəstə olurlar
-
Atası ilə qardaşını yanğından xilas etmək istədi, həyatından oldu - FOTOlar
-
"Real"ın gənc uluzuna cinayət işi açıldı
-
Türk sənət dünyasına ağır itki
-
Bəzi müğənnilərin efirə tez-tez çıxmasının səbəbi bilindi - "Pul söhbəti"
-
"Türkiyəyə səfərim Putin üçün "çox aydın siqnal"dır"