“7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” keçirilir (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
300-dən çox şirkət, mindən artıq çeşiddə məhsul və xidmətlər "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə nümayiş olunur.
Bugündən etibarən Bakı Ekspo Mərkəzində "7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi" öz işinə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı, "Birbank Biznes"in rəsmi tərəfdaşlığı ilə keçirilən sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət məhsul və xidmətlərini nümayiş olunur.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektorun dəstəklənməsi, yerli məhsulların ixrac potensialının artırılması və sərgilərin "Made in Azerbaijan" brendinin tanıdılmasında oynadığı mühüm rol barədə fikirlərini bölüşüblər.
Sərgi iyunun 20-dək davam edəcək. "Yerli şirkətlərin tanıtım sərgisi" artıq 7 ildir ki, yerli şirkətlərin məhsul və xidmətlərinin təqdim edildiyi ən böyük platformalardan biridir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Əvvəlki illərdəki sərgilərdən fərqli olaraq builki sərgidə
daha çox şirkət iştirak edir.
Sərgi çərçivəsində iştirakçılar üçün xüsusi ayrılmış "B2B zona"da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlər keçirilir. "B2G zona" da isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı yaradılıb.
Builki sərgidə də KOBİA mikro və kiçik sahibkarlıq subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək göstərib. Bu məqsədlə qurulmuş xüsusi stenddə 10-a yaxın KOB subyektinin tekstil, bambuk divar panelləri, qapı istehsalı, ətir, kələğayı, qənnadı məmulatları, mühasibatlıq, kadr və maliyyə, laboratoriya xidmətləri nümayiş olunur.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası (İCMA), Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, Azərbaycan Biznesinin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti, eləcə də "Firavan Park", "Vidal Özəl Sənaye Məhəlləsi", "MG Transport", "Tonuby Group", "N-Advert", "Moon Group", "BHB Strategic and Creative CO" və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi sərginin tərəfdaşlarıdır.
Sərgi ilə bağlı ətraflı məlumatı marsolexpo.az saytından və *0555 nömrəsinə zəng etməklə öyrənmək olar.
Sərgi iştirakçıları və ziyarətçiləri üçün 17-20 iyun tarixlərində, saat 10:00-17:00 aralığında hər iki istiqamət üzrə ödənişsiz avtobuslar ("Koroğlu" metro stansiyasından (Heydər Əliyev prospekti, "Alov" parkı çıxışı) xidmət göstərir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Sumqayıtda Xəzər dənizi quruyur - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan artıq orta gücə çevrilir
-
Rusiyada güclü zəlzələ oldu
-
Prezident İlham Əliyev Şuşa Forumunda 907-ci düzəlişin tam ləğvi məsələsinə toxunub
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan-ABŞ münasibətləri çox əladır
-
Rus hokkeyçi 2 milyon dollara Messinin qonşusu oldu - (Foto)
-
Prezident İlham Əliyev AŞPA və Avropa Parlamenti ilə münasibətlər barədə: Biz münasibətlərin normallaşmasına hazırıq, ancaq ilk addımı onlar atmalıdırlar
-
ABŞ İraqa dolları qaytardı, əvəzində təhlükəli öhdəlik aldı
-
AZAL "Great Place to Work" sertifikatı ilə təltif olunub
-
Yıldız Tilbenin bu rəqsi gündəm oldu – (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəs bunu hiss etməyəcək
-
Prezident İlham Əliyev: Avropa Komissiyasında anti-Azərbaycan qrupu mövcud idi
-
Prezident İlham Əliyev: Borrelin dövründə Avropa Komissiyası ilə Azərbaycan arasındakı əlaqələr demək olar tam uçuruma getmişdir
-
Prezident İlham Əliyev: 907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresinin Azərbaycana münasibətdə atdığı olduqca ədalətsiz addım idi
-
Bakının və Abşeronun bəzi ərazilərində işıq kəsiləcək
-
Dieqo Forlanın yeni iş yeri bəlli oldu
-
Prezident İlham Əliyev: Son vaxtlar coğrafi mövqeyimizin bu qədər böyük tələbat görəcəyini gözləmirdik
-
İyulun 13-nün rəsmi valyuta məzənnələri açıqlandı
-
Prezident İlham Əliyev: Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan başqa iki dövlət tanımırıq
-
Prezident İlham Əliyev: Azərbaycanın yürütdüyü siyasət hər zaman əməkdaşlığa yönəlmişdir
-
Prezident İlham Əliyev: Həm Qərb, həm də Şərq istiqamətində qonşularımızla əlaqələrimiz əladır
-
“Jeton” və baxış naminə həyatlarını təhlükəyə atırlar – Görüntülər narahatlıq doğurdu - (Video)
-
Prezident İlham Əliyev: Biz bağlantılar məsələləri üzrə kifayət qədər uzun müddət işləmişik
-
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun keçirilməsinin məqsədindən danışıb





