İqtisadiyyat

Azərbaycanın xarici dövlət borcu açıqlandı

4 Fevral 2026 10:37
Baxış: 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcu 4.813,5 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 129.094,0 milyon manat (75.937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3 faizini təşkil edib.

Maliyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 316,2 milyon ABŞ dolları və ya 6,2 faiz azalıb. 2025-ci il ərzində kredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞ dolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Qeyd edilib ki, hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,5 faizini, sabit dərəcə ilə olanlar isə 50,5 faizini təşkil edib. 2026-cı ilin 01 yanvar tarixinə xarici dövlət borcu portfelinin 35,4%-i Asiya İnkişaf Bankının, 28,8%-i avro bondların, 13,7%-i Dünya Bankının, 22,1%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.