İqtisadiyyat

Maliyyə Nazirliyi “Vətəndaşın büdcə bələdçisi”ni hazırlayıb

5 Yanvar 2026 14:06
Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən "Vətəndaşın büdcə bələdçisi" hazırlanıb.

Bu barədə Milli.Az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, hər il ənənəvi olaraq hazırlanan bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.

Vətəndaşların ixtiyarına verilən bələdçidə 2026-cı ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan sənəd büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Hazırlanmış bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.