İqtisadiyyat

Bu rayonda ət BAHALAŞDI

19 Avqust 2025 10:33
Baxış: 651
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son bir ay ərzində İsmayıllı rayonunda ətin qiymətində orta hesabla 2 manat artım müşahidə olunur.

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bu artımın əsas səbəbləri rayonda mal-qaranın sayının azalması və yem-ot məhsullarının bahalaşmasıdır:

"Qiymət artımı təkcə alıcılara deyil, həm də satıcılara zərər vurur. Belə ki, əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda indi bu rəqəm 40-50 kiloqrama qədər enib".

Alıcılar da mövcud bahalaşmadan narazılıqlarını ifadə edirlər.

Məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyəti qeyd edib ki, ərzaq bazarındakı qiymətlərə birbaşa müdaxilə onların səlahiyyətinə daxil deyil. Qiymətlərin formalaşması bazar mexanizmləri əsasında baş verir və dövlət qurumlarının bu sahədə müdaxilə imkanları məhduddur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.