Son bir ay ərzində İsmayıllı rayonunda ətin qiymətində orta hesabla 2 manat artım müşahidə olunur.
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bu artımın əsas səbəbləri rayonda mal-qaranın sayının azalması və yem-ot məhsullarının bahalaşmasıdır:
"Qiymət artımı təkcə alıcılara deyil, həm də satıcılara zərər vurur. Belə ki, əvvəllər gün ərzində 80-100 kiloqram ət sata bildikləri halda indi bu rəqəm 40-50 kiloqrama qədər enib".
Alıcılar da mövcud bahalaşmadan narazılıqlarını ifadə edirlər.
Məsələ ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən İsmayıllı Rayon İcra Hakimiyyəti qeyd edib ki, ərzaq bazarındakı qiymətlərə birbaşa müdaxilə onların səlahiyyətinə daxil deyil. Qiymətlərin formalaşması bazar mexanizmləri əsasında baş verir və dövlət qurumlarının bu sahədə müdaxilə imkanları məhduddur.
Milli.Az