Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Proses BAŞLAYIR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sənədsiz evlərə amnistiyanın tətbiqinə başlanılır. Belə ki, Prezident İlham Əliyevin fərmanı ilə Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə" fərmana dəyişiklik edilib.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kirayə müqavilələri, mənzilin verilməsinə dair sərəncamda və dövlət və ya ictimai mənzil fonduna daxil olan mənzilin xüsusi mülkiyyətə verilməsi barədə yerli dövlət hakimiyyəti orqanları, nazirliklər, dövlət komitələri, baş idarələr, müəssisələr, idarələr, təşkilatlar və ya müvafiq kooperativ təşkilatları, həmkarlar ittifaqı təşkilatları, başqa ictimai təşkilatlar ilə hüquq əldə edən arasında notariat qaydasında təsdiq edilmiş müqavilələrdək göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin edəcək.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçiriləcək.
Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlərin tərkibi də dəyişir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna müəyyən dəyişiklilər edilib:
"Dəyişikliklərə əsasən sovetlər vaxtı vətəndaşlara verilmiş torpaq sahələri üzrə mülkiyyət hüququ tanınacaq. Məlum olduğu kimi sovetlər dövründə Xalq Deputatları Soveti tərəfindən müəyyən qrup insanlara müvəqqəti istifadə üçün torpaq sahələri ayrılırdı. Sonrakı dönəmdə ictimai-siyasi formasiyanın dəyişməsi səbəbilə həmin torpaqların taleyi açıq qaldı. Halbuki ötən 35-40 ildə həmin torpaq sahələrində müəyyən tikinti işləri aparılıb. Lakin istifadəçilər müəyyən səbəblərə görə həmin torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış ala bilməyiblər. Yeni düzəliş məhz bu problemi aradan qaldıracaq. Təqdir ediləsi haldır ki, Fərmana əsasən 2001-ci ilə qədər vətəndaşların istifadəsində olan və ilkin sənədləri olan torpaqlara da müvafiq qaydada çıxarışlar veriləcək.
Müsahibimiz əlavə edib ki, təkcə Abşeron yarımadasında 500 mindən artıq sənədsiz ev var:
"Onların bir qismi bələdiyyələrdən müəyyən sənəd alsalar da, digər qismin heç bir sənədi yoxdur. Yeni dəyişikliklər həmin torpaq sahələrinə şamil edilmir.Yalnız sovetlər vaxtından istifadədə olan torpaq sahələrinə Dövlət Reyestrindən çıxarış veriləcək".
Bəs, proses nə zaman başlayacaq?
Bu sualla Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirildi ki, artıq fərmanın icrasına başlanılıb:
"Fərmanda göstərilən sənədləri olan vətəndaşlar ölkə üzrə ASAN Xidmətin yerli şöbələrinə eləcə də, daşınmaz əmlakın Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələrinə müraciət edə bilərlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır
-
Bolqarıstanda prezident seçkiləri davam edir
-
"El-Klasiko" zamanı evi qarət edildi
-
Rusiyanın itkiləri yeniləndi
-
ABŞ-da stadionda atışma oldu





