Mərkəzi Bank AÇIQLADI: "Bu manatın zəifləməsinə səbəb olur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesabatda deyilir: Pessimist ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur.
Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə Sabitliyi Hesabatını dərc edib.
Marja.az xəbər verir ki, hesabatda Mərkəzi Bankın baza və pessimist ssenarilər üzrə fərziyələri də yer alıb. Hazırda neft ucuzlaşdığı üçün, Mərkəzi Bankın pessimist ssenarisi diqqətdə saxlanıla bilər.
Baza ssenari:
Baza ssenari sabit qlobal mühit, dayanıqlı iqtisadi artım və nəzarət olunan inflyasiya amillərinə əsaslanır. Bu çərçivədə, Brent markalı neftin qiymətinin yaxın illərdə stabil qalması fonunda ümumi daxili məhsulun artım tempinin növbəti illərdə müsbət dinamika nümayiş etdirəcəyi gözlənilir.
Baza ssenaridə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi daha sürətli inkişaf etməsi gözlənilir. Eyni zamanda, illik inflyasiyanın tədricən azalaraq idarə olunan səviyyəyə çatacağı və milli valyutanın nominal və real effektiv məzənnəsində artım müşahidə ediləcəyi gözlənilir ki bu da manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsini təmin edəcəkdir.
Qiymət sabitliyi fonunda pul siyasətində yumşalma meyilləri nəzərə çarpacağı və uçot dərəcəsinin azaldılması gözləntilərinin artacağı proqnoz edilir. Fiskal siyasət isə sabitliyini qoruyaraq dövlət büdcəsinin xərclərini stabil saxlayacaq. Bu yanaşma iqtisadiyyatın davamlı inkişafını təmin etməklə yanaşı, makroiqtisadi tarazlığın qorunmasına da töhfə verəcək.
Pessimist ssenari:
Bu ssenari uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqləri nəzərdə tutur. Pessimist ssenari qlobal iqtisadiyyatda potensial risklərə uyğun hazırlanmışdır və rəsmi proqnoz hesab edilmir.
Ən sərt ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə zəifləyir və növbəti illərdə iqtisadi daralma müşahidə olunur. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur. Fiskal siyasətdə isə konsolidasiya həyata keçirilir və büdcə xərcləri, əsasən də əsaslı xərclər azalır. Ümumilikdə, bu ssenari iqtisadi aktivliyin azalması, qiymət artımı və valyuta bazarında təzyiqlərin güclənməsi ilə xarakterizə olunur ki, bu da iqtisadi stabilliyin qorunmasını çətinləşdirir.
Stres-test nəticələrinə əsasən bank sektorunun mövcud kapital buferi potensial itkiləri absorbsiya etmək potensialındadır. Baza ssenari üzrə kapital adekvatlılığı əmsalı 2025-ci ildə 20.3% təşkil edir və növbəti ildə stabil artım kapital adekvatlılığı göstəricisinin 2026-ci ildə 22.9%-ə çatmasını şərtləndirir8 . Pessimist ssenaridə isə bank sektorunun kapital adekvatlılığı əmsalı 2025-ci və 2026-cı illərdə müvafiq olaraq 1.7 f.b və 0.9 f.b. azalaraq 15.6% və 14.7% təşkil edir. Bütövlükdə, stres-test nəticəsində bank sektoru müəyyən həddə kapital eroziyasına məruz qalsa da, sektorun kapital adekvatlığı minimum normativləri üstələyir.
Stress test nəticələrinə əsasən bankların kapital adekvatlılığına əsas təsir kanalları kredit riski və risk üzrə ölçülmüş aktivlərin artması təşkil etmişdir. Belə ki, 2025-ci ildə kredit riski kanalı 2.7 f.b, risk üzrə ölçülmüş aktivlər isə 1.5 f.b kapital adekvatlığına azaldıcı təsir göstərmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
UEFA Millətlər Liqası: Azərbaycan Litvaya qarşı
-
Tokayev hərbçilərin ölümünə görə Daürən Kosanovu işdən çıxardı
-
İspaniya İngiltərəni səfərdə uddu
-
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
-
Avtomobilinizin təkərinə plastik butulka ilişibsə əsla düşməyin
-
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı





