Orta Dəhliz Azərbaycanın logistika sektorunun inkişafını stimullaşdırır - Moody’s
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Moody's"in son analitik hesabatına görə, Orta Dəhlizin inkişafı Azərbaycanın logistika sektorunun genişlənməsinə təkan verir.
Trend xəbər verir ki, MDB ölkələrində iqtisadiyyatın tədricən artımı və şaxələndirilməsi müşahidə edilir.
"Azərbaycan və Qazaxıstan kimi neft ixracatçıları karbohidrogen sektorundan asılılığı azaltmağa çalışır. Son on il ərzində bu ölkələrdə qeyri-neft sahələrinin iqtisadiyyatda payının artması da bunu sübut edir. Məsələn, hər iki ölkədə nəqliyyat-logistika sektoru sürətlə inkişaf edir ki, bu da Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun (Orta Dəhliz) yüklərin həcminin artması ilə bağlıdır", - hesabatda bildirilir.
Moody's analitikləri vurğulayırlar ki, MDB ölkələrinin qlobal istehsal və logistika zəncirlərində iştirakı artır, belə ki, bu regiondan getdikcə daha çox beynəlxalq yük axını keçir. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, Azərbaycan, Qazaxıstan və Özbəkistan xarici komponentlərdən sənaye istehsalında daha çox istifadə etməyə başlayıb və Rusiyanın təsirinin azalması fonunda beynəlxalq ticarət və istehsal proseslərində yeni rollarından faydalanırlar.
"Hökumətlər milli iqtisadiyyatların inkişafı və şaxələndirilməsi, həmçinin rəqabət qabiliyyətinin artırılması məqsədilə genişmiqyaslı proqramlar həyata keçirirlər. Bu təşəbbüslər institusional islahatlar və dövlət xərcləri ilə dəstəklənir. Eyni zamanda, hakimiyyət özəl sektoru bu layihələrin maliyyələşdirilməsinə daha çox cəlb etməyə səy gstərir, yeni investisiya imkanları yaradır. Nəticədə yerli banklar və inkişaf institutları beynəlxalq uzunmüddətli maliyyələşdirməyə daha çox maraq göstərməyə başlayıb",- hesabatda qeyd edilir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir neçə ölkəsindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət yoludur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ yoldur.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyəni keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq hissələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçən quru marşrutu təmin edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
3 bürc üçün qaranlıq dövr bitir
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur





