“Quzu ətinin qiyməti 50 manata qalxacaq”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev açıqlamasında bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda son iki ayda heyvanların kəsilməsi məsələsi ilə bağlı təbliğatlar gedir.
"Bəzi mənbələrdə quzuların kəsilməməsi və quzu ətinin pis olduğu barədə çağırışlar edilir.
Bu barədə dövlət orqanlarından eşitdikdə, 1982-ci ili xatırladım. 1982-ci ildə SSRİ dövründə siyasi büro - Moskva qərar qəbul etmişdi ki, toylarda heyvan kəsilməsin, ümumiyyətlə ət kəsilməsin. Əhali kolbasa ilə toylarda iştirak edirdi. Sovet İttifaqı ərzaq proqramı həyata keçirirdi. Effektiv kənd təsərrüfatı siyasəti aparmaq əvəzinə, istehlakçıların seçim hüququ məhdudlaşdırılırdı. Bir çox məsələlər istehlakçıdan asılıdır. Bazarda baş verən müsbət və mənfi nəticələr istehlakçının seçimlərinə əsaslanır. İstehlakçıların israfçılığının qarşısını almaq əsas məsələlərdən biridir. Mütəxəssislər bəzən hökumətin çağırışına cavab olaraq deyirlər ki, quzu əti pisdir.
Düşünürəm ki, dədə-babadan və tarixdən bizə miras qalan, milli adət-ənənələrə daxil olmuş quzu əti ən üstün ətdir düşüncəsindən uzaq olmaq, kənd təsərrüfatını inkişaf etdirmək siyasəti ilə uyğun gəlmir.
Daim proqnoz verirdim ki, yaxın 5 ildə Azərbaycan özünü ətlə tam təmin edəcək. Ancaq çağırışlar edilir ki, quzu əti yeməməli və hətta zərərli olduğu barədə məlumatlar yayılır.
Hamımıza məlumdur ki, heyvanları böyütmək üçün mütləq onlara baytarlıq dərmanları vurulur. Ən uca dağ kəndlərində belə, mala və qoyuna heyvan dərmanları vurulmasa, onlar qırılacaqlar".
Müsahibimiz qeyd etdi ki, quzu antibiotik və digər dərmanlar qəbul etməmiş bir canlıdır.
"Əlbəttə, quzunun "yazıqlığı", baxışı ayrıdır. Quzu, baytarlıq dərmanlarından kənarda qalmış daha yaxşı ətə malik yeməli heyvandır. Quzu yeməmək, qocalmış heyvan ətinin daha yaxşı olması təbliğ edilir. Hətta Qida Təhlükəsizliyi Agentliyinin idarə rəisi mənimlə mübahisə edərək bildirib ki, o, kənddə ən yaşlanmış xoruzu seçib, ətini yeyir. Belə çıxır ki, arabaya qoşulmuş öküz ətləri ən baha qiymətə olmalıdır.
Hindistandan yaşlanmış heyvan əti Azərbaycana daha ucuz göndərilir. Vaxtilə öküzləri, yaşlanmış heyvanları ümumiyyətlə kəsməzdilər.
Kənd təsərrüfatı siyasətinə bu cür primitiv yanaşma doğru deyil. İstehlakçının seçim hüququ var. İstehlakçı istəsə, pul verib alar, istəməsə almaz. Bazarda hər cür ət olmalıdır. Kim ki, qocalmış xoruz, toyuq, öküz əti yemək istəyir, buyurub, bazardan alıb yesinlər.
Kənd təsərrüfatı siyasətini bu cür formalaşdırmaq doğru deyil. İstehlakçıları israfçılıqdan uzaqlaşdırmaq siyasəti aparılmalıdır. Təəssüf ki, ölkədə istehlakçı siyasəti bərbad vəziyyətdədir. Azad İstehlakçılar Birliyi ilə dövlət səmərəli əməkdaşlıq qurmur.
Əgər belə bir siyasət aparılarsa, quzu kəsiminə və ya digər kəsimlərə qadağalar qoyularsa, quzular yenə kəsiləcək. Quzu ətinin qiyməti isə 50-100 manata qalxacaq. Bu, çox səhv bir yanaşmadır. Fərqli fəaliyyət göstərmək lazımdır. Kim istəyirsə, qocalmış ətləri yesin, buyurun yesinlər. Bu səhv siyasətdir. 1982-ci ilin sovet siyasətini xatırladır", - deyə E.Hüseynov bildirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü
-
Zərdabdakı qəzada ölən sürücü riyaziyyat müəllimi imiş
-
Şəkiyə evlilik ildönümünü qeyd etmək üçün gedibmiş - DOST başsağlığı verdi
-
Bakının hansı rayonunda daha çox insan yaşayır?
-
Nə mən, nə də həkimim burnumun nə vaxt sağalacağını bilmirik
-
Ayın 10-da şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağlayır
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Nikolas Keycin evi çökdü - (Foto)
-
Azərbaycanda ÜDM 1,2 faiz artdı
-
“Allahım, nə qədər gözələm, özümə heyran oluram" - (Video)
-
Sükan arxasında bu mahnını dinləmək təhlükəlidir
-
Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu
-
Maaşlarla bağlı şad xəbər - 7 faizdən çox artdı
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanıldı
-
İki nəfərin öldüyü “Şəki yaylası” məşhur iş adamının imiş
-
Namiq Qaraçuxurlunun canlı ifası müzakirə yaratdı - (Video)
-
Braziliyalı hücumçu "Sabah"da
-
Ucal faciədən bir gün əvvəl evliliyinin birinci ildönümünü qeyd edibmiş...
-
Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn olunacaq
-
Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans keçiriləcək
-
Bağçalara növbəyə yazılma vaxtı açıqlanıb





