“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 13-də Yaponiyanın Osaka şəhərində "Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq" (Designing the Future Society for Our Lives) mövzusunda "Osaka, Kansai Ekspo 2025" dünya sərgisi açılacaq. 2000-ci ildən Ekspo sərgilərində uğurla iştirak edən Azərbaycan bu il də milli pavilyonla təmsil olunur.
Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyon "Ekspo 2025"in "Həyatları əlaqələndirmək" (Connecting Lives) bölməsində yerləşməklə "Dayanıqlı inkişafa doğru yeddi körpü" (Seven bridges for sustainability) mövzusunu əhatə edir.
Pavilyonun konsepsiyası dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Yeddi gözəl" poemasından qaynaqlanıb. Burada Azərbaycanın zəngin mədəni irsi, texnoloji inkişaf və davamlı inkişafa bağlılığı, eyni zamanda dialoqa açıqlığı nümayiş olunur. Çünki dialoq və əlaqələr vasitəsilə aydın, harmoniya dolu və dayanıqlı gələcəyə nail olmaq mümkündür.
Üç mərtəbədən ibarət pavilyonun fasadının dizaynı Azərbaycan ənənələrini, incəsənətini və sənətkarlığını təcəssüm etdirən şəbəkə motivlərindən yaradılıb. Ziyarətçilər pavilyondakı səyahətlərinə nəhəng yeddi gözəlin hər birinin təcəssüm etdirdiyi müxtəlif istiqamətlərlə - mədəni müxtəliflik, mədəni irs, ənənəvi incəsənət, memarlıq inciləri, davamlı inkişaf, təbii sərvətlər, idman və turizm sahələri ilə tanışlıqla başlayırlar.
Pavilyonda Azərbaycan və Yaponiyanı tərənnüm edən üç ağac da yer alacaq. Bunlar "Azərbaycan ağacı", "Yapon ağacı", Azərbaycan və yapon ağaclarının sintezi olan "Dostluq ağacı"dır.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın "Ekspo 2025" üzrə baş komissarı, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, "Ekspo 2025"in baş katibi Hiroyuki İşige və "Ekspo 2025"in baş komissarı Koji Haneda ölkəmizin dünya sərgisində iştirakı ilə bağlı müqavilə imzalayıblar. Yaponiya ilə əlaqələrə və dünya Ekspo sərgilərində iştiraka əhəmiyyət verən Azərbaycan "Osaka, Kansai Ekspo 2025"də iştirakçı müqaviləsini imzalayan ilk ölkə olub.
155 hektardan çox ərazini əhatə edən "Ekspo 2025"də ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilat təmsil olunacaq. "Ekspo 2025" Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platforma kimi də dəyərləndirilir. Dünya sərgisinin davam etdiyi 184 gün ərzində Ekspoya 28 milyon ziyarətçinin gəlişi gözlənilir. "Ekspo 2025"in maskotu isə sudan əmələ gələn qeyri-adi varlıqdır. O, həm də davamlı həyatın ritmini əks etdirir.
Milyonlarla insan oktyabrın 13-dək sərginin keçirildiyi məkanda eksponatlarla tanışlıqla yanaşı, birgə səylərlə gələcək cəmiyyətimizi qurmaq imkanlarını da araşdırmış olacaq. Bura həm də bilik və qabaqcıl texnologiyaların qlobal problemlərin həlli üzrə birləşərək yeni ideyaların yaradılması və mübadiləsi məkanına çevriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bəylə gəlinin bu addımı müzakirə yaratdı - (Video)
-
Maksim Qalkinin İstanbul konserti ləğv olundu
-
Böyük Britaniya 1000 günə müharibəyə hazır olmalıdır
-
Dünya yenidən bölünür - Tramp, Putin və Szinpin görüşü
-
Nadir İsmayılov vəfat etdi
-
Kəmalə Günəşlinin əsl yaşı təəccübləndirdi - (Video)
-
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
-
Qızılı çox olanlara pis xəbər
-
Mesinin komandası uduzdu
-
Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası (Foto)
-
Balidə Azərbaycan və Ermənistan restoranı diqqət çəkdi - (Foto)
-
Naxçıvan ərazisində ağır qəza: 6 yaralı var - (Foto)
-
Qumral əri ilə eşqə gəldi: Sevgi dolu anları diqqət çəkdi - (Foto)
-
TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək
-
Bu rayonlarımıza qar yağdı
-
Narın dənələri bu üsulla bir anda bir-birindən ayrılır - (Video)
-
Ukrayna Belqoroda kabus yaşatdı: Ölü və yaralılar var
-
Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib
-
İsraildən Türkiyəyə güc nümayişi
-
Salyanda evə ildırım düşdü (Video)
-
ABŞ-yə yeni təklif: Hörmüzü açırıq, əvəzində...
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal





