İqtisadiyyat

Azərbaycan və Qazaxıstan arasında dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb

3 Mart 2025 14:12
Baxış: 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan və Qazaxıstan arasında nəqliyyat və logistika əlaqələrinin inkişafı əməkdaşlığın prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

Trend xəbər verir ki, bu barədə martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşü zamanı bildirilib.

Qeyd edilib ki, İki ölkə arasında 2024-cü ilin sonuna 21 faiz təşkil edən tranzit yükdaşımaların həcminin artımından məmnunluq ifadə olunub. Dəmir yolu ilə tranzit daşımaları 33 faiz artıb.

Tərəflər hökumətlərin Orta Dəhlizin inkişafı ilə bağlı dövlət başçılarının tapşırıqlarını yerinə yetirməsini təmin etmək üçün qarşılıqlı öhdəliklərini təsdiqləyiblər.

Qazaxıstan tərəfinə beynəlxalq nəqliyyat dəhlizlərinin ölkə ərazisindən keçən bütün əlaqələrinin təkmilləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verilib.

Bu kontekstdə Orta Dəhlizin genişlənməsinə mühüm töhfə verə biləcək Zəngəzur dəhlizinin işə salınmasının vacibliyi vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.