İqtisadiyyat

Bu məhsul 10 manat bahalaşdı

23 Fevral 2025 22:38
Baxış: 2 451
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olaraq isə balıqların qiyməti 7 manatdan başlayır.

Balıq ticarəti ilə məşğul olan İlkin Novruzov deyir ki, satışda olan dəniz məhsullarının 80%-i yerli məhsullardır. Xaricdən gələn balıqlara da tələbat var. Əvvəlki illərlə müqayisədə balıq mövsümündə məhsul kifayət qədərdir.

Qiymətlə gəlincə mütəxəssis deyir ki, indi məhsula tələbat çoxdur və qiymətlər bazara uyğunlaşdırılır.

Sudak və sazan balıqları da az deyil. Qiymətləri münasibdir.  Ən ciddi qiymət artımı "samon" balığında nəzərə çarpır. Balığın bu növü xarici ölkələrdən gətirilir və hazırda qiymətində 10 manat artım var. Balığın bu növündən həm də suşi hazırlandığı üçün hazırda bu balığa tələbat daha  çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory