Əbu-Dabidə Dayanıqlı İnkişaf Həftəsi keçirilir - FOTOREPORTAJ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Birləşmiş Ərəb Əmirliyində - Əbu-Dabidə yanvarın 18-dək davam edəcəyi nəzərdə tutulan Dayanıqlı İnkişaf Həftəsi keçirilir.
Milli.Az xəbər verir ki, tədbir BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın himayəsi altında keçirilir.
ADSW - Dayanıqlı İnkişaf Həftəsi sammiti çərçivəsində sosial-iqtisadi və texnoloji tərəqqini sürətləndirmək və 10 trilyon dollar civarında qiymətləndirilən potensial iqtisadi imkanların açılışı məqsədilə 13 dövlət başçısı, 140-dan çox nazir və yüksək vəzifəli rəsmi şəxslər, o cümlədən, biznes və texnologiya sahələrinin liderləri bir araya gələcək.
ADSW-nin əsas tədbiri 14-15 yanvar tarixlərində keçiriləcək və 70-dən çox spikerin iştirakını nəzərdə tutan 34 müxtəlif mövzulu sessiyalardan ibarət olacaq zirvə toplantısıdır. Başlıca məqsəd - dayanıqlı inkişafın tərəqqisi üçün dialoqa və əməkdaşlığa təkan vermək və hərtərəfli, kəsərli çözümlər qəbul etməkdir.
"Gələcəyin inşası. Dayanıqlı inkişafın sürətləndirilməsi" ümumi mövzusu altında keçirilən ADSW 2025 sammiti insan ixtiraçılığının və müasir texnologiyalarının (məsələn süni zəkanın) birləşməsinin dayanıqlı və çiçəklənən gələcəyi hansı şəkildə təmin edəcəyini tədqiq edir.
Sammitin gündəminə qlobal energetik sistemlərin transformasiyaları, süni zəkanın və digər qabaqcıl texnologiyaların təsirləri, ərzaq və su təhlükəsizliyinin təminatı kimi mövzular daxil edilib. Sammitin proqramında dayanıqlı inkişaf və iqtisadi keçid üçün imkanların axtarışına həsr olunmuş çıxışlar, panel müzakirələr və interaktiv söhbətlər nəzərdə tutulur.
Sammitdə, eyni zamanda, rəqəmsallaşdırma və iqlim prizmasından qlobal investisiyaların yenidən bölgüsü, gələcəyin maliyyələşdirilməsi, iqlim risklərinin qiymətləndirilməsi üçün böyük məlumatlardan istifadə, enerjinin saxlanılması üzrə innovasiyalar və istehlak davranışlarında dayanıqlı inkişaf təmayüllü dəyişikliklər kimi məsələlər müzakirəyə çıxarılacaq.
ADSW 2025 əsas təqvimi
• 12-13 yanvar: İRENA assambleyası
• 13 yanvar: Qlobal iqlim maliyyəsi üzrə illik toplantı
• 14 yanvar: ADSW rəsmi açılışı və "Zayed Sustainability Prize" mükafatının təqdimat mərasimi
• 14-15 yanvar: ADSW sammiti
• 14-16 yanvar: Gələcəyin energetikası üzrə Dünya Sammiti; "Youth 4 Sustainability" (Y4S) forumu və platforması
• 15 yanvar: Dayanıqlı inkişaf, ekologiya və bərba oluna bilən enerji mənbələri üzrə qadın forumu (WiSER)
• 16 yanvar: Yaşıl hidrogen üzrə sammit, "Zayed Sustainability Prize" forumu və "Investor Connect" platforması
• 17-18 yanvar: Masdar-Sitidə keçiriləcək festival
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
-
Dünya bazarında neft ucuzlaşdı
-
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi
-
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
XƏBƏR LENTİ
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
“Qalatasaray” keçmiş futbolçusunu geri qaytarır
-
"Onu oxuyanda gözlərim doldu, ölsəm, balalarımı kim saxlayacaq"
-
ABŞ-İran anlaşmasını Tramp, Vens və Qalibaf imzalayıblar
-
Mundial tarixinin ən sürətli 2-ci qolu
-
Naxçıvan reysində qorxulu anlar: Qadın qapını açmaq istədi
-
Ed Şiran səhnədən getdi
-
Görünüş məsafəsi məhdudlaşacaq
-
Noyer DÇ-2026-da rekord qırdı
-
ABBA-nın üzvü vəfat etdi - FOTO
-
Mahsun Kırmızıgül Bakıya tanınmış iş adamının oğlunun toyuna gəlibmiş
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb - FOTO
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO





