Bu şirkət Azərbaycanda fəaliyyətini dayandırdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Equinor" şirkəti Azərbaycandakı və Nigeriyadakı fəaliyyətini müvafiq olaraq 29 noyabr və 6 dekabr tarixlərində bağlanan müqavilələrlə başa çatdırıb.
Trend xəbər verir ki, "Equinor"un beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçı vitse-prezidenti Filipp Matye bu müqavilələrin əhəmiyyətini vurğulayıb.
"Bu addımlar bizə strategiyamızı həyata keçirməyə, maksimum dəyər əldə etməyə və investisiyaları ən yüksək gəlir gətirən sahələrə yönəltməyə imkan verir", - o qeyd edib.
"Equinor" Azərbaycan portfelinə görə 745 milyon dollar, Nigeriyadakı aktivlərinə görə isə ümumi dəyəri 710 milyon dollar olan alqı-satqı müqaviləsi və əlavə şərti ödənişlər daxil olmaqla, 1,2 milyard dollar əldə edib.
F.Matye şirkətin bu ölkələrdəki əməkdaşlarının, tərəfdaşlarının və təchizatçılarının töhfəsini qeyd edib.
"Birlikdə biz "Equinor" və ümumilikdə cəmiyyət üçün əhəmiyyətli dəyər yaratdıq. Əməyi keçən hər kəsə təşəkkür edir və komandalarımıza gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıram", - vitse-prezident vurğulayıb.
2023-cü ildə ilk dəfə elan olunan aktivlərin satışı neft-qaz portfelinin optimallaşdırılması proqramının bir hissəsidir. Bu, şirkətə əsas regionlara diqqətini yönəltməyə və beynəlxalq mövcudluğunu gücləndirməyə imkan verir.
2024-cü ilin ilk üç rübündə Azərbaycandakı və Nigeriyadakı aktivlər müvafiq olaraq gündə orta hesabla 24 600 və 18 700 barel neft hasilatını təmin edib. Sövdələşmələrin 2024-cü ilin dördüncü rübündə "Equinor"un nağd pul axınına müsbət təsir edəcəyi və şirkətin maliyyə göstəricilərini yaxşılaşdıracağı gözlənilir.
Uzunmüddətli strategiyaya uyğun olaraq, "Equinor" 2035-ci ilə qədər neft, qaz hasilatı və ticarətdən sonra vergi ödənilməklə illik 20 milyard dollar həcmində nağd pul axını proqnozlaşdırır. Beynəlxalq hasilat seqmenti bu hədəfə çatmaq üçün əsas rol oynamağa davam edəcək və 2030-cu ilə qədər pul axınının 50 faiz artacağı gözlənilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Təranə Qumralın evindəki qızıldan məcməyinin qiyməti heyrətləndirdi - (Video)
-
Azərbaycanla Özbəkistan arasında əbədi dostluq müqaviləsi təsdiqlənib
-
Azərbaycan və Özbəkistan arasında pensiya təminatı haqqında saziş təsdiqlənib
-
Bu marşrutun avtobusları yenilənir - Gedişhaqqı 70 qəpik
-
Tanınmış idmançı 6 saatlıq parkinqə 33 manat ödəyib şikayətləndi (Video)
-
Saxlanılan sabiq icra başçısının məhkəməsi başlayır
-
Hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı verilə bilər - Yenilik
-
134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı (Video)
-
Bakıda ilin ən uzun gecəsi olacaq: 14 saatdan çox - Tarix açıqlandı
-
Rəqsanənin qızı Yana əməliyyatdan sonra bədən quruluşunu nümayiş etdirdi - (Video)
-
Evlərimizdə gizlənən təhlükə: Bu əşyaların içində civə var
-
Serbiyada MiQ-29 qırıcısı qəzaya uğradı - Pilot öldü
-
Azərbaycan millisi İraqla qarşılaşacaq
-
Nəfəs həmin qalmaqallı görüntüsündən danışdı: “Videonu yayıb...”
-
Cəbrayılın Soltanlı kəndinə köç oldu - (Yenilənib)
-
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
-
Media və Yayım Şurası din xadimləri ilə bağlı məlumatları təkzib etdi
-
“Kəpəz” – “Qarabağ” matçına 1 gün ərzində rekord sayda bilet satıldı
-
Aşıq Zülfiyyə: “Boşanmalarda 99% qız tərəfi günahkardır”
-
“Bavariya”da ciddi itki
-
Zaur Baxşəliyev: “Dekabra az qalıb, ATV-də veriliş var ki?”
-
Ev almaq istəyənlər tələssin: Mənzil qiymətləri arta bilər
-
Evə buraxılan qadın xəstəxananın həyətində öldü
-
"Mançester Siti" Holandla yollarını ayırır?





