Beynəlxalq karbon bazarlarının işə başlaması zəruridir - Saymon Stil
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqlim dəyişmələrinin qarşısının alınması səylərini sürətləndirmək üçün beynəlxalq karbon bazarlarının fəaliyyətə başlaması zəruridir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışında bildirib.
"Məhz burada, Bakıda, Paris Sazişinin 6-cı maddəsinə dair razılaşmanı tamamlamaqla beynəlxalq karbon bazarlarının fəaliyyətinə başlamalıyıq", - S.Stil vurğulayıb
O, həmçinin, Dubayda COP28 çərçivəsində götürülən öhdəliklərə əsaslanaraq, iqlim dəyişikliklərinin qarşısının alınması üçün səylərin davam etdirilməsinin vacibliyini qeyd edib.
"Biz Dubayda razılaşdırılmış hədəflərin həyata keçməsi üçün iqlim dəyişmələrinin qarşısının alınması yolunda irəliləməliyik", - o bildirib.
S.Stil əlavə edib ki, dünya ictimaiyyəti qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfinin əlçatmaz olmasına imkan verməməlidir:
"Hətta temperatur yüksəlsə belə, razılaşmalarımıza əməl edilməlidir".
O, həmçinin, bildirib ki, 2024-cü ildə təmiz enerji və ekoloji infrastruktur sahəsinə yatırılacaq investisiyaların həcmi 2 trilyon dollara çatacaq ki, bu da qalıq yanacaqlara yatırımlardan təxminən 2 dəfə çoxdur.
"Təmiz enerji keçidi və iqlim dəyişmələrinə uyğunlaşma prosesi dayandırılmayacaq. Bizim məqsədimiz bu prosesi sürətləndirmək və onun geniş faydalarını bütün ölkələr və xalqlara çatdırmaqdır", - o deyib.
Qeyd edək ki, bu gün Bakıda COP29 konfransı rəsmi olaraq başlayıb. 11-22 noyabr tarixlərində davam edəcək bu tədbir dünya liderlərini, siyasətçiləri və iqlim üzrə ekspertləri iqlim dəyişmələri ilə bağlı təcili problemləri müzakirə etmək üçün bir araya gətirir. Gündəlikdə iqlim maliyyələşdirilməsi, emissiyaların azaldılması hədəfləri və qlobal əməkdaşlıq məsələləri dayanır. COP29-un nəticələri planetin gələcək iqlim strategiyasının formalaşmasına mühüm təsir göstərəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





