İqtisadiyyat

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

9 Avqust 2024 11:25
Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndiyədək 164 KOB subyektinə "Startap" şəhadətnaməsi təqdim edilib.

"Startap" şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 6 müraciətə baxılıb və onlardan 3-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bunlar "Cibpay" MMC-nin çoxfunksiyalı onlayn ödəniş platforması, "Optima Business Solutions" MMC-nin elektron sənədlərin idarəedilməsi və imzalanması üçün onlayn platforması və "İxtisasSeç" MMC-nin təhsil müəssisələrinə qəbul prosesini asanlaşdıran platformasıdır.

Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 164-ə çatıb.

"Startap" şəhadətnaməsi KOB subyektlərini bu sənədi aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.

Qeyd edək ki, layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.