İqtisadiyyat

Rusiyaya gedənlərin diqqətinə!

13 İyul 2024 00:30
Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin kurort vergisini dəyişdirərək 2025-ci ildən turist vergisinin tətbiqi haqqında qanun imzalayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənəd Rusiyanın hüquqi informasiya portalında dərc olunub.

Turist vergisi yerli vergi olacaq, onun tətbiqi zərurətini və dərəcələrini bələdiyyələr müstəqil müəyyən edəcəklər. Vergi hotellərin yerləşdiyi yer üzrə büdcəyə ödəniləcək.

Vergi müəyyən kateqoriyalı vətəndaşlar üçün hesablanmayacaq.

Vergi dərəcəsinin tədricən - 2025-ci ildə yaşayış minimumunun 1%-dən başlayaraq 2029-cu ilə qədər ildə bir faiz əlavə edilməklə (2029-cu ildən - 5%-dən çox olmamaqla) artırılması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.