“Trendyol”-da qiymətlər bahalaşdı: “Geyimi almaq sifarişi verməklə eyni qiymətə gəlir” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Trendyol"-la sifarişlərdə karqo qiymətləri çox bahalaşıb. Sifariş etdiyim bir neçə geyimə 60 manat karqo gəlib. 169 manatın 60 manatı karqoya çıxıb. Aldığım məhsullar da çox yüngül mallardır. Yay geyimləri, aksesuarlar.. Deyim elə ağır mal sifariş vermişəm, çəkisi çoxdu, yox. Əvvəl belə deyildi. İndi aldığın malın üstünə ümumi qiymətin yarısı qədər az qala karqo gəlir. Ümumiyyətlə qiymətlər əvvəlki dövrlə müqayisədə bahadır. Digər bir karqo şirkətinə də müraciət etdim. Gördüm ki, orada geyimi almaq sifariş verməklə elə bir qiymətə gəlib çıxır. Düzdür, "Trendyol" da mənim sifariş verdiyim mallar fərqli mağazalardandır. Amma həmişə belə sifariş verirdim. Bu dəfə karqo mənə o qədər baha oturdu ki, "Trendyol" şirkətinin proqram tətbiqini yəqin mallar çatdıqdan sonra siləcəm".
Milli.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şikayətçi Zülfiyyə Quliyeva deyib.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Saytımıza açıqlama verən birlik sədri bildirib ki, son aylar karqo qiymətlərinin bahalaşması ilə bağlı çox şikayətlər alır.
"Hazırda Türkiyədə qiymətlər çox yüksəkdir. Turizm qiymətləri təxminən 2 dəfə qalxıb. Şəxsən özüm Türkiyədən dünən gəlmişəm. Turizm sahəsində sanki təklif tələbi üstələyib. Təklif tələbi üstələyəndə qiymətlər enməlidir, servis yüksəlməlidir. Burada isə tamamilə əksinədir. Qiymət də qalxıb, servis də aşağı düşüb. Mallarda və xidmətlərdə də belədir. Şübhəsiz ki, bu kimi hallar elektron satışa da, "Trendyol" a da təsir edib. Bu bizim ölkəmizin siyasəti də ola bilər. Çünki klassik ticarətlə elektron ticarət ciddi rəqabətdədir. Klassik ticarət tərəfdarlarının böyük narazılığı var. Nəticədə bütün bu narazılıqlar istehlakçı hüquqlarının pozulmasına gətirib çıxarır. Əlbəttə ki, heç bir istehlakçı qiymətlərin artmağını istəməz", - deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
XƏBƏR LENTİ
-
12 il əvvəl "qətlə yetirilən" qadın sağ tapıldı
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)





