İqtisadiyyat

Avtomobil bazarında ucuzlaşma olacaq - VİDEO

2 İyul 2024 12:55
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda Aİ-92 markalı benzinin və dizel yanacağının bahalaşması avtomobil bazarında qiymət dəyişikliyinə səbəb ola bilər. Ekspertlər deyirlər ki, bu dəyişiklik daha çox istehsal ili köhnə olan avtomobillərin qiymətində hiss ediləcək. 

Milli.Az bildirir ki, Xezerxeber.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun fikrincə, yanacağın qiymətinin dəyişməsi avtomobil bazarında yaxın aylarda hiss olunmayacaq.

Amma ekspert onu da xatırladıb ki, daha əvvəl yanacağın qiymətindəki dəyişiklik mühərrik həcmi böyük olan avtomobillərin qiymətinə təsir edib.

Eldəniz Cəfərovun fikrincə, son dəyişiklik  dizellə işləyən avtomobillərin qiymətinə  ciddi təsir  etməyəcək. Çünki belə avtomobillər yanacağı az sərf edir və ona görə də bu maşınlara tələbat çoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.