Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar? - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq dünyanın 32 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə (hava limanında) viza alaraq səfər etmək mümkündür.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələri iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa isə viza giriş zamanı verilən ölkələr aiddir. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrdə viza müddəti 90 gün təşkil edir. Məhz bu ölkələrə vətəndaşlarımız ümumvətəndaş pasportu ilə səyahət edə bilərlər.
Bu ölkələr və Azərbaycan Respublikası arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib. Azərbaycan və Türkiyə prezidentləri arasında bu mövzuda imzalanan sonuncu müqaviləyə əsasən, Azərbaycan vətəndaşları Türkiyəyə öz şəxsiyyət vəsiqələri ilə gedə bilirlər.
Vizasız səyahət edə biləcəyimiz ölkələr arasında Qətər də var. Burada viza müddəti 30 gündür.
Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya səyahət etmək istəyən vətəndaşlarımız üçün viza müddəti 90 gün, Malayziya (ümumvətəndaş, diplomatik, xidməti passport ilə) 30 gün, Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi yalnız diplomatik və xidməti pasport) -14 gün, Livana səyahət etmək istəyənlərə isə ümumvətəndaş pasportu ilə 30, diplomatik passport ilə 180, xidməti passport ilə 90 gün viza müddəti verilir. Qonşu İrana vizasız səyahət edən vətəndaşlarımız isə orada cəmi - 15 gün qala bilərlər.
Azərbaycan vətəndaşlarından səfər üçün viza tələb olunmayan ölkələrin siyahısı:
Albaniya
Antiquda
Barbuda
Baham adaları
Barbados
Belarus
Bosniya və
Hersoqovina
Ekvador
Fələstin
Gürcüstan
Haiti
İndoneziya
İran
Kolumbiya
Qazaxıstan
Qətər
Qırğızıstan
Makedoniya
Malayziya
Mikroneziya
Moldova
Montoneqro
Namibiya
Özbəkistan
Rusiya
Vintsent
Qrenadin
Tacikistan
Türkiyə
Ukrayna
Viza giriş zamanı verilən ölkələrin siyahısı:
Banqladeş
Boliviya
Cibuti
Dominika
İordaniya
Kamboca
Kabo -Verde
Qəmər adaları
Qvineya
Bisao
Livan
Laos
Makao
Malavi
Maqadaskar
Marşal adaları
Maldiv adaları
Mavritaniya
Mozambik
Mavrikiy
Nepal
Nikaraqua
Palau
Nepal
Ruanda
Samoa
Seyşel adaları
Şərqi Timor
Toqo
Tanzaniya
Tuvalu
Uqanda
Yamayka
Zimbabve
Qeyd edək ki, Azərbaycan "Henley & Partners Visa Restrictions Index" pasport reytinqində 72-ci yeri tutub. Ölkə vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)





