Orta Dəhliz artıq Şərqlə Qərb arasında tranzitdə əsas rollardan birini oynayır - Özbəkistanın nəqliyyat naziri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orta Dəhliz artıq Şərqlə Qərb arasında tranzitdə əsas rollardan birini oynayır.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində Özbəkistanın nəqliyyat naziri İlhom Maxkamov deyib.
"Orta Dəhliz artıq bu gün Şərqlə Qərbi arasındakı əsas nəqliyyat marşrutlarından biri kimi özünü göstərir. Bu dəhlizin inkişafında Azərbaycan, Qazaxıstan və Türkmənistandan olan həmkarlarımızla daha fəal əməkdaşlıq etmək niyyətindəyik", - İ.Maxkamov Beynəlxalq Nəqliyyat Forumunun (ITF) Almaniyanın Leypsiq şəhərində keçirilən sammitinin kuluarlarında deyib
Onun sözlərinə görə, Özbəkistan öz ixrac və idxalı üçün marşrutların şaxələndirilməsində maraqlıdır və hətta buna məcburdur.
"Biz tranzit axını artıraq, eyni zamanda yükdaşıma marşrutlarını şaxələndirməyə, idxal və ixrac etdiyimiz mallar üçün yeni dəhlizlər tapmağa sadəcə məcburuq. Səbəb geosiyasi vəziyyətdir, axı bütün logistika zənciri dəyişib", - deyə nazir əlavə edib.
Nazir qeyd edib ki, Orta Dəhlizin iştirakçı ölkələrinin ilk növbədə tarif və infrastruktur olmaqla, hələ görməli olduğu işlər var.
"Bu gün Orta Dəhliz üzrə tariflər Şimal və Cənub marşrutları ilə müqayisədə bir o qədər də rəqabət qabiliyyətli deyil. Razılaşdırdığımız güzəşt necə deyərlər, digər dəhlizlərlə müqayisədə dəmir yolu ilə yük daşımaları ilə bağlı vəziyyəti tənzimləyir", - o deyib.
Nazir vurğulayıb ki, söhbət tariflərə 50 faiz güzəştdən gedir.
"Bu marşrutun keçdiyi ölkələrin dəmir yolu administrasiyaları beştərəfli formatda tarif preferensiyaları razılaşdırıb. Düşünürəm ki, bu dəhlizlə yük daşımalarının həcmini artırmağa kömək edəcək", - deyə o əlavə edib.
"Əlbəttə, hələ həll edilməli infrastruktur məsələləri var. Dəhlizin tıxaclar yaranan bəzi sahələri genişləndirilməlidir. Lakin Qazaxıstan və Türkmənistandan, eləcə də Azərbaycan və Gürcüstandan olan həmkarlarımızın mövcud məsələlərin həlli üzərində necə işlədiklərini görürük və bu, Orta Dəhlizin əsas tranzit marşrutlarından biri olacağına dair əminlik yaradır", - deyə nazir sonda bildirib.
Qeyd edək ki, 22-24 may tarixlərində Almaniyanın Leypsiq şəhərində Litvanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun (ITF) dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə sammiti keçirilir. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial dayanıqlılığa səbəb olmaqla, necə iqtisadi artıma imkan yarada biləcəyi haqqında müzakirələr və fikir mübadiləsi aparır.
Beynəlxalq Nəqliyyat Forumu (ITF) 60-dan çox ölkənin, o cümlədən Azərbaycanın da iştirak etdiyi hökumətlərarası təşkilatdır.
ITF 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) yanında 1953-cü ildən etibarən fəaliyyət göstərən Avropa Nəqliyyat Nazirləri Konfransının (ECMT) varisi kimi təsis edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)
-
Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək
-
Pakistan Əfqanıstana aviazərbə endirdi: Ölənlər var
-
Bakıda bəylə gəlin toya motosikletlə getdilər – (Video)
-
İş adamının nəvəsi qonşusunu güllələdi
-
Türkiyədə zəlzələ oldu
-
Azərbaycanlı aparıcı əri ilə fotosunu paylaşdı
-
Bakıda 10 otaqlı yaşayış evində yanğın oldu - (Video)
-
Paytaxtın 16 küçə və prospektində sıxlıq var
-
Bakının iki rayonunda elektrik enerjisi kəsiləcək
-
Daimi pul çatışmazlığının beyin üçün təhlükəsi sübut edildi
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələri kəsdi





