İqtisadiyyat

Bir sahədə biznesmenlərə güzəşt ediləcək - Qərar imzalandı

19 Mart 2024 15:20
Baxış: 1 439
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyi Kollegiyası "Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı"nda dəyişiklik edib.

Milli.Az xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra quş əti istehsalı üçün avadanlıq dəsti (yemləmə, sulama, havalandırma-soyutma, isitmə, işıqlandırma və idarəetmə sistemləri daxil olmaqla) siyahıya daxil edilib.

Qərarın icrasına nazir müavini İlhamə Qədimovaya tapşırılıb.

Nazirliyin Aparatının Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.