Yanvarda 600-ə yaxın sahibkar və biznesə başlamaq istəyən şəxs üçün 58 təlim keçirilib, 154 məsləhət xidməti göstərilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin yanvar ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 58 təlim keçirilib. Bu təlimlərdə 593 nəfər iştirak edib.
Ötən ay biznesin müxtəlif istiqamətləri üzrə sahibkarlara və biznesə başlamaq istəyənlərə 154 məsləhət xidməti göstərilib.
Agentliyin KOB inkişafı mərkəzlərinin dəstəyi ilə sahibkarlar, startaplar və yeni biznesə başlamaq istəyənlər üçün kənd təsərrüfatı, qida, turizm və digər sahələr üzrə 109 biznes plan hazırlanıb.
2023-cü ildə isə KOBİA tərəfindən 952 biznes təlim təşkil olunub. Təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, "yaşıl iqtisadiyyat" və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib. Bu dövrdə satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1918 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. Ümumilikdə, 2023-cü il ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 13818 KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.
Ötən il KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 697 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib. Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 424 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 2023-cü ildə 37 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.
DİGƏR XƏBƏRLƏR
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
35 yaşlı qadın sərnişin avtobusuna "ərə getdi" - (Foto)
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Bakıda binada güclü yanğın - (Foto)
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)
-
Asiyanın ən varlı insanı odur
-
"Formula 1" ilə əlaqədar bir sıra marşrutların hərəkət istiqaməti dəyişdirilir
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
-
Mbappe 20 illik sponsorunu dəyişdi





