İqtisadiyyat

Bu bankın əmlakı hərraca çıxarılır

6 Fevral 2024 16:53
Baxış: 2 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 27-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Atabank" ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərraclar keçiriləcək.

Milli.Az bildirir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.

Söhbət bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 53 (Yeni qaydalara Vunqtau küçəsi, 6B) ünvanında yerləşən dəyəri 190 min manat olan qeyri-yaşayış sahəsindən gedir.

Xatırladaq ki, "Atabank"ın lisenziyası Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə ləğv edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.