Qırmızı Ürəklər Fondunun dəstəyi ilə Qazax və Şabran rayonlarında “Vətən Bağı” salındı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən birinci və ikinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında "Vətən Bağı" layihəsini həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsinə eyni sayda ağac əkilir. Layihə həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Budəfəki ağacəkmə aksiyası PAŞA Holding-in dəstəyi ilə Qazax rayonunda, Kapital Bank-ın dəstəyi ilə Şabran rayonunda həyata keçirildi. Qazaxda 350, Şabranda 140 ədəd olmaqla ümumilikdə 490 ədəd sərv və tuya ağacı əkildi. Ağacəkmə aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak etdilər. Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli İcra Hakimiyyəti orqanlarının dəstəyi ilə baş tutdu. Tədbirdə iştirak edən şəhid ailələri bu təşəbbüsə görə fonda və aidiyyatı qurumlara təşəkkür etdilər.
Qeyd edək ki, "Vətən Bağı" əsasən insanların sıx yaşadığı yerlərdə, parklarda və şəhər mərkəzlərində salınır. Bununla da ölkə ərazisində Vətən Bağı-nın sayı 28-ə çatdı. Layihənin ağacəkmə mövsümü zamanı davam etdirilməsi planlaşdırılır. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirlər yerli İcra Hakimiyyəti orqanları və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilir.
"Qırmızı ürəklər" 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. //redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
57 yaşlı Ceylodan cazibədar Fotolar
-
ADY sərnişin rahatlığı üçün yeni imkanlar tətbiq edir
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
İkinci sertifikasiya kimlərə şamil olunacaq?
-
“Trabzonspor”un yeni baş məşqçisi bəlli oldu
-
Əşrəf Dahruc vəfat etdi
-
Məktəblərdə dərs saatları dəyişdirilə bilər
-
Saxlanılan Çağla İstanbuldan Vana gətirildi - (Video)
-
Müəllimlərin geyimi dəyişir? - Nazirlikdən açıqlama
-
90 min şəxsin maaşı artacaq - Nazir açıqladı
-
Monqolustan prezidenti 100 kiloqramlıq ştanqı 20 dəfə qaldırdı – (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Bakıda skuter avtomobillə toqquşdu - (Anbaan video)
-
Türkiyədə qəbiristanlığın içində bina tikib satırlar - (Video)
-
Hakan Fidan Azərbaycana gəlir
-
Azərbaycanın vizasız gedə biləcəyi ölkələr - Siyahı
-
Lamin Yamal Messi ilə bağlı 13 illik rekordu təkrarladı
-
180 min nəfəri sevindirən qərar - Nazirlikdən açıqlama
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
-
İrem Derici hamilədir? – Özü cavabladı - (Foto)
-
Gürcüstan DTX-nın yeni rəhbəri seçildi - (Yenilənib)
-
Xaçmaz rayonunda arıçılıq və bal emalı sahəsinin inkişafı diqqət mərkəzindədir - (Foto)
-
Tıxaclar bitərsə, evlərin qiyməti necə dəyişəcək?
-
Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılır





