İqtisadiyyat

Ölkədə bu məhsulların ixracından gəlirlər 3 dəfə ARTIB

25 Noyabr 2023 13:15
Baxış: 1 265
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.

Milli.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur.

Hesabat dövründə içkil və sirkə üzrə ixrac Azərbaycanın ümumi ixracının 0,2 %-ni, idxal isə ümumi idxalın 0,55 %-ni təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.