İqtisadiyyat

Bu evlər ucuzlaşacaq

6 Noyabr 2023 23:47
Baxış: 2 322
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
#EV

Əmlak bazarında çıxarışlı evlərin qiymətinin artacağı gözlənilir.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ötən aydan başlayaraq çıxarışı olmayan fərdi evlərə və torpaq sahələrinə kommunikasiya xətlərinin çəkilməsi qadağan olunub.

Bu səbəbdən də çıxarışsız torpaqlara və tikilməkdə olan fərdi evlərə tələbat qismən azala bilər. Bu isə həmin əmlakların qiymətlərinin düşməsinə, çıxarışlı evlərin isə bahalaşmasına səbəb ola bilər.

Sahəsi eyni olan evlərin qiymətində 2 dəfə artımın olacağı proqnozlaşdırılır.

''Çıxarışlı mülk əldə etməyin üstünlükləri çoxdur. Hər bir halda vətəndaşlara məhz belə mənzilləri almağı tövsiyə edirik'', - deyə ekspert əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.