İqtisadiyyat

Od tutub yanan qızıl qiymətləri: Artım davam edəcək?

21 Sentyabr 2023 18:59
Baxış: 1 618
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qızılın qiymətində artım müşahidə olunur.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, satıcıların dediyinə görə, qızıl və brilyantın qiymətindəki artım alıcı sayına da təsir edib.

Alıcılar arasında isə vəziyyətlə barışıb alış-veriş edənlər də var, kəllə-çarxa qalxan qiymətləri eşidən kimi baş götürüb qaçanlar da.

İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, qiymətləri dünya bazarı tənzimləyir. Qızılın qiymətinin qalxması isə birjadakı artımla əlaqədardır.

Mütəxəssislər hesab edirlər ki, hələ bir müddət də qızılın bahalaşmasının artan şkala ilə davam edəcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.