İqtisadiyyat

Gömrük rüsumu ləğv edildi - Bu məhsullar ucuzlaşacaq

2 May 2023 11:44
Baxış: 4 463
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək. Nazirlər Kabinetinin müvafiq qərarı 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.

Bəs, bu xaricdən idxal edilən sitrus meyvələrin qiymətinə təsir edəcəkmi?​

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az-a açıqlamasında deyib ki, bu tədbir nəticəsində xaricdən gələn meyvələrin qiyməti ucuzlaşacaq. Gömrük rüsumunun 15 faiz azaldılması məhsulun əlçatanlığının təmin olunmasına imkan verəcək:

"Tropik meyvələrin 15 faiz gömrük rüsumundan azad olunması müsbət haldır. Bu qiymətlərin ucuzlaşmasına səbəb olacaq. Həmçinin, bu tədbir nəticəsində digər meyvələrin qiymətinin enməsi üçün zəmin yaradacaq. Sözsüz ki, bu, yerli meyvələrin qiymətinə də təsir göstərəcək".

İqtisadçının dediyinə görə, Azərbaycana ən müxtəlif ölkələrdən təzə meyvə məhsulları idxal olunur:

"Bu məhsullar arasında sitrus, tropik meyvələrlə yanaşı, Azərbaycanın iqlim şəraitində yetişən meyvələr də var. Sitrus və tropik meyvələrin idxalı başadüşüləndir. Çünki ölkəmizin iqlim şəraiti həmin məhsulları yetişdirməyə imkan vermir". ​

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.