"Dünya Bankı bu sahədə Azərbaycana yardım etməyi planlayır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünya Bankı (DB) Azərbaycanda reallaşdırılan layihələrə dəstək kontekstində həmçinin Çindən Avropaya yük daşımalarını həyata keçirməyə imkan verən Orta Dəhlizin inkişaf perspektivlərini nəzərdən keçirir.
Bu barədə Trend-ə DB-nin Azərbaycan üzrə regional meneceri Sara Maykl deyib.
"Ölkədə aktiv inkişaf gedir, bu səbəbdən əmin olmaq istəyirik ki, DB-nin Azərbaycan hökuməti ilə birgə həyata keçirdiyi proqramlar tələb olunan və aktual sferalara toxunur", - deyən DB nümayəndəsi bu cür sferalardan birinin Orta Dəhlizin inkişafı olduğunu qeyd edib.
Onun sözlərinə görə, hazırda DB Azərbaycanda növbəti proqramlar tsiklini tamamlayıb və bununla əlaqədar olaraq ölkə hökuməti və Dünya Bankı yeni yardım sazişini müzakirə etməkdədir, yeni saziş çox güman ki, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası ilə sıx bağlı olacaq.
Yeni proqramın, həmçinin, bərpa olunan enerji sahəsi, o cümlədən "yaşıl" enerjiyə keçidi əhatə edəcəyi gözlənilir.
Bank nümayəndəsinin sözlərinə görə, DB yeni proqramlar tsiklinin Azərbaycanda insan potensialının inkişafına şərait yaradacağını, habelə, təhsil, səhiyyə və sosial xidmət sahələrini əhatə edəcəyini hesab edir.
Sara Maykl DB-nin Azərbaycan hökumətinə aktual əməkdaşlıq istiqamətlərində texniki yardım göstərməyə davam edəcəyini əlavə edib.
Qeyd edək ki, Orta Dəhliz Çin, Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstandan keçərək daha sonra Türkiyə və Avropa ölkələrinə uzanan beynəlxalq nəqliyyat dəhlizidir. Hazırda Orta Dəhliz Avropaya ən qısa və ən qənaətli marşrut təklif edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı





